MDB
Soros qalmaqalı: Ukraynanın aparıcı media resursları bloklandı
Macarıstan hakimiyyəti 12 Ukrayna xəbər agentliyinə qarşı “güzgü sanksiyaları” tətbiq edərək onları ölkə ərazisində bloklayıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat sosial mediada yayılıb.
Baş nazir Viktor Orbanın ofisinin rəhbəri Qerqey Quyyaş bildirib ki, bu addım Kiyevin oxşar hərəkətlərinə cavab olaraq atılıb.
“Qarşılıqlılıq prinsipinə əməl edərək, Macarıstan bu gün Ukrayna xəbər portallarına qarşı "güzgü sanksiyaları" tətbiq edir. Suveren dövlət tamamilə əsassız hücuma proporsional cavab verməlidir”, - Quyyaş yazıb.
Macarıstan rəsmisi əlavə edib ki, Ukrayna dövlət senzurasını tətbiq etmək əvəzinə Aİ-yə daxil olmaq niyyətindən əl çəkməlidir. Onun sözlərinə görə, mübahisə ilkin olaraq Kiyevin Macarıstanın internet resurslarını bloklaması ilə başlayıb. Quyyaş iddia edib ki, bu addım həmin resursların maliyyəçi Corc Sorosun “Açıq Cəmiyyət Fondu”nun fəaliyyətini işıqlandırması ilə bağlıdır.
Qeyd olunur ki, Macarıstanda bloklanan Ukrayna portallarının siyahısına TSN telekanalının internet resursları, “Ukrayna həqiqətləri”, “European Pravda” və “Hromadske” kimi aparıcı nəşrlər daxildir.
Adəm
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



