MDB
Soçidə dağa qalxan turistlərdən biri öldü, digəri yaralandı
Soçidə Fişt dağına qalxan turistlərdən biri ölüb, biri isə yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, iki alpinist Fişt dağının şimal yamacına qalxarkən qayadan yıxılıb. Onlardan biri aldığı xəsarətlər səbəbindən müstəqil hərəkət edə bilmir, digəri isə dünyasını dəyişib.
Qrup rəhbəri hadisə barədə Rusiya FHN-ə məlumat verib. Qeydiyyatdan keçmiş tur qrupunda altı nəfər olub.
Nazirliyin Ka-32 təyyarəsi turistlərə kömək etmək üçün Cənub Regional Axtarış və Xilasetmə Qrupunun xilasedicilərini və həkimini dağın şimal yamacına çatdırıb. Yaralı şəxs təhlükəli qayalıq ərazidən qrupun qalan hissəsinin yerləşdiyi gecələmə düşərgəsinə təxliyə edilib. Həlak olan şəxsin nəşi də düşərgəyə aparılıb.
Hava şəraiti nəzərə alınaraq dağdakı bütün turistlər təxliyə ediləcək.
Ləman
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



