MDB
Rusiyadan xəbərdarlıq gəldi: İki ay ərzində böyük müharibə başlaya bilər
İqtisadçı-ekspert Mixail Xazinin fikrincə, dünya qlobal silahlı münaqişə ərəfəsindədir.
Publika.az xəbər verir ki, o, yaxın iki ayda Rusiya ilə NATO arasında genişmiqyaslı müharibə ehtimalının ciddi şəkildə artdığını bildirib.
Ekspertə görə, bu prosesin əsas səbəbi Qərb iqtisadiyyatında dərin böhran və transatlantik elitaların resurslarının tükənməsidir:
"Hazırkı gərginlik ABŞ-ın açıq münaqişəyə meylli yeni siyasətinin bir hissəsidir. Bu kursun əsas səbəbi transatlantik iqtisadiyyatı bürüyən dərin sistem böhranıdır. London IPO həcminə görə dünyanın ən böyük maliyyə mərkəzləri sırasında 20-ci yerə düşüb. Bu da Qərb elitalarının resurslarının tükəndiyini sübut edir. Qərbin yeganə çıxış yolu Avropa və Yaxın Şərqdə sabitliyi pozmaqla bazarlara nəzarəti genişləndirməkdir".
Xazin Rusiyanın sərhədlərinə yaxın baş verən insidentləri - pilotsuz uçuş aparatlarının uçuşlarını və sərhəd zonalarında baş verən gərginlikləri - NATO-nu münaqişəyə cəlb etmək üçün planlı strategiyanın tərkib hissəsi kimi qiymətləndirib.
O proqnozlaşdırır ki, qarşıdakı bir neçə ay kritik olacaq: ya genişmiqyaslı müharibə başlayacaq, ya da daxili ziddiyyətlər fonunda Qərb birliyi dağılacaq.
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var


































.jpg)


