Müsahibə
Baş menecer: Qəbələ Atıcılıq Mərkəzinin bu idman növündə əməyi böyükdür - MÜSAHİBƏ
Atlıcılıq üzrə Dünya Kuboku yarışlarının baş meneceri Villi Qrillin apasport.az saytına müsahibəsi
- Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kubokunun təşkilatçılığı ilə bağlı nə deyə bilərsiniz?
- Bu yarış çox gözəl şəkildə təşkil olunub. Dünən də böyük bir tədbir baş tutdu. İdmançılar da yüksək səviyyədə qarşılanıb, yerləşdirilib. Şəxsən mənim çox xoşuma gəlir. Hər şey əladı. Əminəm ki, idmançıların da xoşuna gəlir.
- Artıq neçənci dəfədi ki, Qəbələdə böyük turnir keçirilir. Burda yarışlara olan hazırlığı necə qiymətləndirirsiniz?
- Keçən il burda final yarışı olmuşdu. İndiki tədbir isə daha böyükdü. 2000-dən çox idmançı mübarizə aparır. Buna görə də, hazırkı Dünya Kuboku daha mötəbərdi.
- Əvvəlkindən fərqli olaraq, budəfəki yarış Yay Olimpiya Oyunlarına lisenziya verir. Bununla bağlı düşüncələriniz nələrdi?
- Bəli, budəfəki turnir Olimpiadaya 34 lisenziya verir. Bu da yarışın nə qədər yüksək çəkili olmasından xəbər verir. Hər ölkənin də ən güclü atıcıları mübarizə aparırlar ki, lisenziya əldə etsinlər.
- Qəbələdə dünya və Avropa çempionatı kimi başqa yarışlar keçirmək nəzərdə tutulubmu?
- Gələn il Qəbələdə gənclər arasında Dünya Kuboku olacaq. Həmçinin Bakıda da böyüklər arasında Dünya Kuboku yarışı baş tutacaq.
- Azərbaycan idmançılarının Olimpiadaya lisenziya qazanmaq şanslarını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, lisenziya qazanmaq çox çətindi. Çünki ən güclü idmançılar mübarizə aparırlar. Ancaq çalışsalar, niyə də qazanmasınlar. Hər şey özlərindən asılıdı.
- 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün burda lisenziya xarakterli yarışlar keçirilməsi mümkündümü?
- Hər il yarışlara görə lisenziyalar bölünür. Rio-de-Janeyro üçün 390 yeri doldurana qədər yarışlar davam etdiriləcək. O ki qaldı 2020-ci ildəki Olimpiada üçün lisenziya xarakterli yarışlara, fikrimcə, niyə də olmasın? Amma bu barədə indi danışmaq erkən olar. Əvvəlcə gələnilki Olimpiadanı yola verək, sonrakı yarışlar üçün vaxtımız olacaq.
- Qəbələ İdman Klubunun atıcılıqdakı rolunu necə qiymətləndirirsiniz?
- Qəbələ Atıcılıq Mərkəzinin bu idman növündə əməyi böyükdü. İndiki Dünya Kubokunun yüksək səviyyədə təşkili üçün də əllərindən gələni edirlər.
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi

























.jpg)









.jpg)