Müsahibə
Millimizin baş məşqçisi: “Sağollaşacağımız idmançılar olacaq”
Su İdman Sarayının tikilməsi idmana daha bir təkan oldu desək yanılmarıq. Bu idman obyekti ən çox üzgüçülərimizin işinə yarayır. Üzgüçülüyün inkişaf etməsi üçün əla stimuldur.
Düzdür, hazırda üzgüçülük federasiyası barədə çox da ürəkaçan sözlər demək olmaz. Çünki hələ ürəkaçan bir nəticə ilə diqqət mərkəzinə düşməyiblər. Amma inkişaf üçün cəhd edirlər deyə bilərik.
Elə üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Əbdülrəhmanov da bu idman növünün daha da inkişafına ümid edənlərdəndir. O, Publika.az-a müsahibəsində üzgüçülüyə marağın gündən-günə daha da artacağına inandığını deyib.
- Üzgüçülərimizi nə gözləyir?
- Avropa Oyunlarından sonra bir yarışa - Kazanda keçirilən dünya çempionatına qatıldıq. Orada Alsu Bayramova, Fatimə Alkərimova, Anton Jeltyakov və Boris Kirilovdan ibarət qarışıq estafet üzgüçülərimiz iştirak etdi və yarımfinala yüksəldi. Yekunda yığmamız 16-cı yerdə qərarlaşdı.
- Sizcə bu normal nəticədir?
- Yeni-yeni inkişaf edən bir idman növü üçün çox pis sayılmaz.
- Milliyə dəvət olunacaq yeni legionerlər varmı? Ya da Avropa oyunları zamanı üzümüzü ağartmayanlarla məsələ necə həll olunacaq?
- Belə deməzdim, çünki onlar yaxşı nəticələrini Azərbaycan üçün göstəriblər. Düzdür, sağollaşacağımız idmançılar da olacaq. Onların nəticələri nəzərə alınacaq. Məsələn, Anna Manşenkova gedəcək, bu dəqiqdir. Digərləri isə komandamızda məşqlərini davam etdirəcəklər və onlar haqda sonradan qərar veriləcək.
- Su idman sarayı da yarandı. Bunun özü idmana bir dəstəkdir. Bəs son vaxtlar üzgüçülüyə maraq necədir?
- Əlbəttə, bu idman növünə maraq var. Biz gələcəyə nikbin baxırıq. İnanırıq ki, maraq daha da artacaq.
- Bəs qızlarımız? Yığmaya cəlb olunan yerli qızlar varmı?
- Təbii ki. Bundan əlavə, rusəsilli idmançılarımız var ki, Azərbaycanda doğulub boya-başa çatıblar, ölkəmizin şərəfini qoruyurlar: Bayramova Alsu, İlahə Rəciyeva, komandamızın digər üzvləri olan Yuliya Stisyuk, Fatimə Alkərimova, Anna Andruşenko...
- Gəlin bir az da üzgüçülüyə olan diqqətdən danışaq...
- İstər dövlətimiz, istərsə də rəhbərliyimiz tərəfindən üzgüçülüyə diqqət var. Su İdmanı Sarayının tikilməsi də bizim üçün ayrıca bir dəstək oldu. Avropa Oyunlarının özü bizim daha da irəli getməyimizə şərait yaratdı. Bundan əlavə, rəhbərlik yeni nəslin inkişafına xüsusi diqqət yetirir.
- Uşaqlarda seleksiya işləri aparılır?
- Əlbəttə... Yeni idmançılar kəşf olunmalıdır. Su İdmanı Sarayında da buraya gələn uşaqların seleksiyasına xüsusi diqqət yetirik. Gələcək üçün bu bizə çox lazımdır.
- Gözaltı edilənlər var?
- Var. Bizim məqsədimiz gələcəkdə legionersiz bir yığmaya çevrilməkdir.
- Qarşıda üzgüçülərimizi nə gözləyir?
- Qarşıda Rio Olimpiya Oyunları var. İndi bizim hədəfimiz Olimpiya oyunları üçün ən azı B lisenziyasını doldurmaqdır. Bilirsiniz yəqin, dünyada 24-26-cı yerlər B lisenziyası üçün normativdir. Biz bunu Avropa Oyunları vaxtı etmək istəyirdik. Çox təəssüflər olsun ki, həmin vaxt biz bunu bacara bilmədik. Amma hazırda ən əsas hədəfimiz dekabrda baş tutacaq Avropa çempionatıdır. Yarış İsraildə keçiriləcək. Bu turnirdən yaxşı nəticə ilə qayıtmaq istəyirik. Buna görə də məşqlərimizi axsatmırıq. Ümid edirəm ki, məqsədimizə çatacağıq.
Aygün İlqarqızı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
İdman27 İyun 23:12Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazandı
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi


























.jpg)








.jpg)