Müsahibə
“Qarabağ” özünü rahat hiss etmirdi”
Premyer Liqanın 9-cu turunda “Qarabağ” üzərində qələbə
qazandıqları oyundan (1:0) sonra “Sumqayıt” klubunun prezidenti
Kamran Quliyev Qol.Az saytına müsahibə verib.
- Çox sevincli görünürsüz...
- Tribunada artıq mən də azarkeşlərdən biri oluram və onlardan
seçilmirəm. Bu gün azarkeşlər elə bir atmosfer yaratmışdılar ki,
“Qarabağ”ın futbolçuları meydanda özlərini rahat hiss etmirdilər.
Qazanılan qələbənin 50 faizi də azarkeşlərin payına düşür. Təbii
ki, onlar kimi mən də çox sevincliyəm. Bütün klubumuzu,
“Sumqayıt”sevərləri təbrik edirəm.
- Komandanızın oyununu bəyəndiniz?
- Biz bu həftə Avropanın nəhənglərindən olan “Monako” ilə
bərabər səviyyədə oynayan bir komanda ilə qarşılaşdıq. Amma bizimlə
oyunda bir-iki epizoddan başqa demək olmaz ki, “Qarabağ”ın şansı
çox idi. Komandamız meydanda həqiqətən də əzmkarlıq göstərdi . Qol
vurmaq üçün çox fürsətimiz olmasa da, qələbə qazandıq.
- Dediniz ki, qələbədə azarkeşlərin payı 50 faizdir. Bəs,
neçə faizi yeni baş məşqçinindir?
- Digər 50 faiz isə baş məşqçi və futbolçuların payına düşür. Bu
qələbə kollektiv əməyin sayəsində əldə edildi.
- Bu gün matçda kifayət qədər azarkeş var idi. Çox azarkeş
isə oyunu ayaq üstə izləyirdi. Gələcəkdə stadionun tribunalarının
artırılacağı nəzərdə tutulur?
- Bu sualı kompleksin sahibinə vermək olar. Biz bu məsələ ilə bağlı
müraciət etməmişik. Amma açığı, azarkeş tutumu həqiqətən də azdır.
Deyə bilərəm ki, 5 minlik, hətta 8 minlik tribunalarımız olarsa,
azarkeşlərimiz stadionu tam dolduracaq.,
- “Sumqayıt bu gün lideri əliboş yola saldı. Komandaya
mükafat veriləcək?
- Təbii ki.
- Mükafat nə qədər olacaq?
- Bunu futbolçulardan soruşarsınız. Məbləği onlara açıqlamışam.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






































