Müsahibə
"Kurtlar Vadisi"nin Güllü Erhanı Bakıda - FOTO
Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialının baş qəhrəmanlarından biri olan aktyor Erhan Ufak Bakıya gəlib.
Publika.az xəbər verir ki, Erhan Ufak Teleqraf.com-un suallarını cavablandırıb.
- Erhan bəy, ölkəmizə ilk dəfə gəlirsiniz?
- Azərbaycana bir neçə dəfə gəlmişəm. Biz yad ölkəyə gəlməmişik, sanki öz vətənimizə ayaq basmışıq. Amma təbii ki, həyəcan keçirirəm, hər dəfə gələndə eyni hissləri yaşayıram.
- Sizin yaradıcılığınızda "Kurtlar Vadisi" serialı xüsusi rol oynayıb. Fəaliyyətinizdə serialın önəmi nədən ibarətdir?

- "Kurtlar Vadisi" serialı bizim adımızı tanıdan, məşhurlaşdıran layihədir.
- "Kurtlar Vadisi" serialının davamı olaraq "Kurtlar Vadisi Xaos"un çəkilməsi haqqında xəbərlər yayılmışdı. Bu, nə dərəcədə doğrudur?
- Hələ ki dəqiq məlumatımız yoxdur. Bu haqda serialı çəkən şirkət qərar verir. Əgər serialın davamı çəkiləcəksə, xəbər verəcəklər. Birlikdə bu haqda öyrənəcəyik. Hələlik serialın davamının çəkilməsi haqqında məlumatsızam.
- "Kurtlar Vadisi Xaos" serialı çəkilərsə, layihədə yer alacaqsınızmı?

- Serial çəkiləcəksə, layihədə yer alacam.
- Aktoy Necati Şaşmazla dostluq münasibətiniz davam edirmi?
- Hər hansı problemimiz yoxdur. Münasibətimiz çox gözəldir. Hazırda pandemiya dönəmidir. Bütün serial və proqramların yayımı dayandırılıb. Bütün aktyorların, eləcə də mənim həmkarlarımızla çox gözəl münasibətimiz var.
- 14 il "Kurtlar Vadisi" serialında çəkilmisiniz. Belə bir layihədə yer almaq sizin üçün nə deməkdir?

- 14 il davam etmək başqa bir hisdir. İnsanlar səni sevir, tanıyır. Dünyanın hansısa ölkəsinə gedən zaman səni tanıyırlar, hörmət edirlər, sevirlər.
- Hazırda Türkiyə seriallarında dram janrına daha çox üstlünlük verilməyə başlanılıb...
- Bunun da müddəti var. Bəlli, bir dönəmdə sevgi, komediya janrı üstünlük təşkil edirdi. Seriallar insanların marağına hesablanır. Həmin layihə tutduqdan sonra davamı çəkilir.
- Türkiyədə "Netflix" sosial platforması üstünlük təşkil edir. Sizə televiziya, yoxsa sosial platformada yer almaq daha asandır?

- Aktyor kimi fəaliyyət göstərirsənsə, hansısa çərçivə olmamalıdır. Televiziya da, platforma da ola bilər.
- Sizi Azərəbaycanda "Kurtlar Vadisi" serialının Güllü Erhanı kimi tanıyırlar. Ölkəmizdə sizə münasibət necədir?
- Adımla da, obrazımla da müraciət edirlər. Adım Erhan Ufakdır, obrazım isə Güllü Erhan. Ona görə hər hansı çətinliyim yoxdur.
- Türkiyənin tanınmış şirkəti olan "Osman Sınav" Qarabağla bağlı film çəkəcək.
- Bu haqda Bakıya gələrkən məlumat verdilər. İnşallah, film çəkərlər. Çox gözəl bir layihədir.

- Qarabağla bağlı layihədə yer almaq istərdinizmi?
- Təbii ki, böyük məmnuniyyətlə...
- Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir?
- Qarabağ bizim məbədimizdir. Qarabağ bizimdir və heç kimə verməyəcəyik.


-
MDB09:30Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var
-
Ekologiya09:27Yağış yağır - FAKTİKİ HAVA
-
Cənubi Qafqaz08:20Bayramov Mirzoyanla nəqliyyat infrastrukturunun açılmasını müzakirə etdi
-
Avropa07:47Almaniya bu ölkəyə dörd qırıcı təyyarə göndərdi
-
İdman06:46Runi ilk dəfə etiraf etdi: “Yəhudi kökənliyəm, nənəm polşalıdır”
-
Magazin106:16“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər














.jpg)






.jpg)






.jpg)









