Müsahibə
Göz yaşları içində danışdı: 7 yaşında təcavüzə məruz qaldı, atası bıçaqla hücum etdi... - VİDEO
Gökay Kalaycıoğlunun aparıcılıq etdiyi Haberler.com-un "YouTube" kanalında yayımlanan "Haber Bahane" proqramının bu həftəki qonağı aktrisa və aparıcı Leyla Bilginel olub.
Publika.az xəbər verir ki, uşaqlığının çətin keçdiyini deyən Bilginelin həyat hekayəsi eşidənləri şoka salıb.
Sevgisiz böyüyən, atası tərəfindən zorakılığa məruz qalan aktrisa deyib ki, atası içki aludəçisi olub və anasını döyürmüş:
"Anamın gözündəki göyərmələrin biri bitər, digəri başlayırdı. Atam məni döyməsə də, əmilərim, babam döyərdi. 5 yaşım olanda atam bizə bıçaqla hücum edib evdən qovdu. Biz qaçarkən atam bizi tutmaq istəyirdi, bu vaxt it ona hücum etdi və biz nənəmin evinə gələrək xilas olduq".
Yaşadığı uşaqlıq travmalarından danışan aktrisa və aparıcı göz yaşlarına hakim ola bilməyiblər.
Leyla Bilginel deyib ki, 12 yaşı olanda aclıq aksiyası keçirib və ölmək üzrə olub: "Boyum böyüdüyü üçün məni məktəbdən çıxardılar. Atam kitablarımı cırırdı, məktəbə getməyə qoymurdu. 13 gün heç nə yeyib içmədim. Ölmək üzrə olanda valideyinim məni xəstəxanaya apardı. Həkimə dedim ki, lütfən, məni öldürmə. O, təəccübləndi, çünki mən sağ ikən ölürdüm.
Həkim yaşadıqlarımı eşidəndə kömək etmək istədi. Məni qucağına alıb atama təhvil verəndə dedi ki, götür basdır, sağ qalmayacaq. Atam məni apardı, amma anam ağlayırdı. Atamın ürəyinin titrədiyini eşitdim. O, ailəsinin sözündən çıxa bilmədiyi üçün mənimlə belə davranırdı. Atam evə çatanda oxumağıma razılaşdı, amma dedi ki, başımı aşağı əysən, səni keçəl edib sığınacağa aparacam”.
Cəmilə
-
İdman06:46Runi ilk dəfə etiraf etdi: “Yəhudi kökənliyəm, nənəm polşalıdır”
-
Magazin106:16“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzə zərər verə bilərsiniz
-
İdman24 Sentyabr 23:36Çox qorxuncdur – Anri hansı komandanı deyir?
-
Magazin124 Sentyabr 22:36"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
-
İdman24 Sentyabr 22:2441 yaşlı Ronaldo millinin start heyətində - VİDEO





















.jpg)














