Müsahibə
Tramp seçki marafonunu böyük fərqlə başa vuracaq – Professor Həsən Köni
ABŞ prezidentliyinə namizəd Donald Trampın yenidən ölkə başçısı postuna keçəcəyi dəqiq hesab edilir. Həmçinin ona qarşı sui-qəsd cəhdinin yaratdığı əks-səda da indiyədək səngiməyib. Qeyd edək ki, ABŞ-da keçirilən rəy sorğularına görə, Tramp seçki marafonunu böyük fərqlə başa vuracaq.
Publika.az xəbər verir ki, beynəlxalq əlaqələr üzrə mütəxəssis, professor Həsən Köni bununla bağlı xarici mətbuata müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Trampı siyasətçi kimi necə dəyərləndirirsiniz?
- O, əsasən iş adamı zehniyyəti ilə hərəkət edir. Lakin Tramp İsrail lobbisinə güzəştə gedir. O, ABŞ-ı xilas etmək üçün iqtisadi razılaşmaları yenidən nəzərdən keçirir. Bununla da o, "Yeni Yalnızlıq" siyasəti yürütmək istəyir. Bu siyasətin əsası hərbi xərcləri azaltmaqdır. Tramp bilir ki, ABŞ-ın qloballaşmayönümlü siyasəti Çinin inkişafına təsir edir. Çinlilər kapitalizmi ABŞ-dan öyrənsələr də, Amerikanın bazardakı hökmranlığını pozurlar. Bundan əlavə, Çin bir saatda 10 min kilometr məsafəyə 100 min əsgər yerləşdirə bilən bir ölkədir. Belə ki, Trampın yeni siyasəti dövrün konsepsiyası olacaq.

- İqtisadi çətinlik yeni münaqişələrə səbəb olacaq?
- Qlobal qarşıdurma riski həmişə var. Çin müəyyən gücə çatanda açıq dənizdə ABŞ-la qızğın münaqişəyə girə bilər. Digər yandan Rusiya ABŞ-ın yüksək hədəfi vurma qabiliyyətinə malik olan dəqiq silahlarına müqavimət göstərə bilməz. Buna görə də Rusiya ABŞ-a qarşı nüvə silahından istifadə edəcək. Bu da bəşəriyyətin sonu deməkdir.
- Tramp seçilərsə, İrana hərbi müdaxilə riski yaranacaq?
- İran Asiya geosiyasətində yerləşir. Trampın belə bir strategiyaya üz tutacağını düşünmürəm. Yaxın Şərqdəki münaqişə bütünlüklə İsrailin varlığı və təhlükəsizliyi ilə bağlıdır. Qarşıdakı dövrdə yeni münaqişə zonası Şərqi Avropa Skandinaviya xətti üzərindən Böyük Britaniya-ABŞ bloku və Rusiya-Çin ittifaqı arasında olacaq.


- Tramp yenidən prezident seçilərsə, qlobalistlər çevriliş edə bilər?
- ABŞ-ın ən mühüm xüsusiyyəti hakimiyyət bölgüsündən və nəzarət mexanizmindəki nizam-intizamdan irəli gəlir. Bu struktur dağılmadığı üçün hərbi və ya mülki çevrilişin olması mümkün deyil. ABŞ saat mexanizmi kimi işləməyə davam edir. Lakin qeyd etmək istərdim ki, ambisiyası Trampı kor edir. Mən bunu edən başqa siyasətçi görməmişəm.
Aysel Şahmar
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!













.jpg)








.jpg)

.jpg)


.jpg)






