Müsahibə
İsveçdə şəhər bələdiyyəsinin üzvü: “Azərbaycanda seçici iradəsinin sərbəst ifadəsi təmin edilir”
İsveçdə yaşayan azərbaycanlı, Partille şəhər bələdiyyəsinin məclis və idarə heyətinin üzvü Turan Əliyev “Seçki 2024” Müstəqil Media Mərkəzinə müsahibə verib.
- Prezident seçkilərindən fərqli olaraq, parlament seçkilərində xaricdə yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak etmirlər. Bu baxımdan, İsveçdəki soydaşlarımız sentyabrın 1-də keçiriləcək Milli Məclis seçkilərinə nə qədər maraq göstərirlər?
- Xaricdə yaşayan Azərbaycan vətəndaşları, xüsusilə də İsveçdəki soydaşlarımız, ölkədə baş verən siyasi prosesləri yaxından izləyir və maraq göstərirlər. Düzdür, parlament seçkilərində iştirak etmədikləri üçün bu seçkilərlə bağlı maraq səviyyəsi Prezident seçkiləri ilə müqayisədə nisbətən daha az ola bilər. Amma ümumilikdə Azərbaycanla bağlı olan hər bir siyasi proses, xüsusilə azad olunmuş ərazilərlə bağlı məsələlər, onların diqqət mərkəzindədir.
- 2024-cü ilin 7 fevralında keçirilən Prezident seçkilərində İsveçdəki Azərbaycan vətəndaşları səsvermədə iştirak etdi. Həmin seçkilərin təşkili necə idi? Təcrübəyə əsasən, sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərinin də yüksək səviyyədə keçiriləcəyini demək mümkündürmü?
- Bu il fevralın 7-də keçirilən prezident seçkilərində İsveçdə yaşayan Azərbaycan vətəndaşları üçün səsvermə prosesi yaxşı təşkil edilmişdi. Təcrübə göstərir ki, Azərbaycan hökuməti xaricdə yaşayan vətəndaşlarının seçkilərdə iştirakını təmin etmək üçün zəruri olan bütün tədbirləri görür.
- Sentyabrın 1-də ilk dəfə azad olunmuş ərazilərdə də parlament seçkilərinin səsverməsi keçiriləcək. Bu tarixi məqamı necə qiymətləndirisiniz?
- Azad olunmuş ərazilərdə ilk dəfə parlament seçkilərinin keçirilməsi tarixi və simvolik bir hadisədir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm bir addımdır və həmin ərazilərin siyasi həyatında yeni bir dövrün başlanğıcıdır. Bu, həmçinin orada yaşayan insanların demokratik hüquqlarının təmin edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.
- Azərbaycanın seçki mühitini, seçkiqabağı təşviqatda namizədlərə yaradılan şəraiti, demokratik və şəffaflıq prinsiplərinin qorunmasını necə qiymətləndirirsiniz?
- Azərbaycanın seçki mühitində demokratik və şəffaflıq prinsiplərinə əməl olunduğu, namizədlərə seçkiqabağı təşviqatda bərabər şərait yaradıldığı vurğulanır. Seçkilərin ədalətli keçirilməsi üçün lazımi tədbirlər görülür və seçici iradəsinin sərbəst ifadəsi təmin edilir.
-
Region13:50Ermənistanda kilsə-hakimiyyət qarşıdurması: Spiker II Qaregini istefaya çağırdı
-
Rəsmi xronika11:26İlham Əliyev Moldova prezidentini təbrik etdi
-
Cənubi Qafqaz09:21Köçəryan həbs edildi
-
Dünya09:00Dəhşətli daşqından sonra 28 ölkənin 466 vətəndaşı itkin düşdü
-
Avto07:55Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin




















.jpg)















.jpg)
.jpg)