“Utanmayın, bu xəstəliyin müalicəsi var...” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Utanmayın, bu xəstəliyin müalicəsi var...” - MÜSAHİBƏ

- Seksoloji problemlər arasında daha çox hansılar aktualdır? Onların yaranma səbəbləri nədir?

- Daha çox yayılmış aktual problem kişilər arasında cinsi zəiflik, erkən boşalma, qadınlarda isə orqazmla bağlı şikayətlərdir. Onların yaranma səbəbləri isə müxtəlifdir.

İnfeksion və zöhrəvi xəstəlikləri, hormonal və sinir sistemində əmələ gələn dəyişiklikləri səbəblərə aid etmək olar.

- Bəs sonsuzluğu törədən faktorlar hansılardır?

- Son zamanlar evli cütlüklərin qarşılaşdığı problemlərdən biri də sonsuzluqdur. Mütəmadi intim əlaqə zamanı bir il müddətinə hamiləlik olmasa, sonsuzluq haqda düşünmək və ər-arvadın müayinəsinə başlamaq lazımdır.

Sağlam ər-arvad cütlüyünün 30 faizində hamiləlik ilk üç ayda, 60 faizində yeddi ayda, 10 faizində isə on bir və on ikinci aylarda baş verir. Bir il cütlüyün sonsuz olub-olmamasını müəyyənləşdirmək üçün kifayət edən zamandır.

Sonsuzluğun əmələ gəlməsinin müxtəlif səbəbləri ola bilər - mexaniki, genetik, immunoloji, endokrin, psixogen , bakterioloji və s.

16-20 yaşlar arasında evlənmiş qadınlarda ancaq 4,5 faiz nisbətində sonsuzluğa rast gəlinir. 35-40 yaşları arasında bu nisbət 31.3 faizə yüksəlir. 40 yaşından sonra evlənən qadınlarda isə bu rəqəm 70 faiz ətrafındadır.

- İmpotentliyin müalicəsi haqda nə deyə bilərsiz, belə bir müalicə varmı?

- Əlbəttə. Sadəcə onun əmələ gəlmə səbəbi vaxtında aşkarlanıb müalicə olunmalıdır. Xəstəliyin müalicəsi sonsuzluğa gətirib çıxaran bütün səbəbləri aradan qaldırmaqdan ibarətdir. Misal üçün, boru sonsuzluğunda boruların keçirmə qabiliyyətini bərpa etmək tələb olunur ki, bu da laparoskopiya vasitəsilə edilir. Onun effektivliyi 30-40 faizdir.

Əgər boru keçirməzliyi problemi 2-3 il müddətində mövcuddursa və bir dəfə laparoskopiya edilibsə, onda cərrahi müalicəyə əl atılır.

- Azərbaycanda bu problemin səviyyəsi hansı dərəcədədir? Daha çox hansı yaşda olan insanlarda bu problemə rast gəlinir?

- Bizdə bu problemlər müraciət edən xəstələrin 15-20 faizini təşkil edir. Bu, əsasən 30-60 yaş arasənda olan pasiyentlərdə daha çox təsadüf edilir.

- Bəzən deyirlər ki, gündə iki dəfə cinsi əlaqədə olmaq insanın sağlamlığına xeyirdir. Bunun tibbi əsası varmı?

- Heç bir tibbi əsası yoxdur. Cinsi əlaqə hər bir insanda individual olaraq bədənin tələblərinə uyğun olur. Bu sahədə norma və standartlar yoxdur. Hər şey orqanizmin fiziki və psixoloji durumundan asılıdır.

- Ailədə xəyanətin olmasında əsas səbəbini nədə görürsünüz?

Müxtəlif səbəbləri olur—ailədə sevginin olmaması, laqeyd münasibət, cütlük arasında böyük yaş fərqi, hər hansı bir tərəfdə müxtəlif xəstəlik və ya bunun nəticəsində yaranmış cinsi zəiflik...

- Cinsi aktivliyi artırmaq üçün bəzi dərmanları reklam edirlər. Həmin dərmanların insan sağlamlığı üçün zərəri varmı?

- Mən ümumiyyətlə dərman reklamının əleyhinəyəm. Cinsi aktivliyi artıran dərman preparatları var və onların çeşidləri apteklərdə çoxdur. Amma cinsi zəifliyi törədən amil tapılmazsa, belə dərmanların qəbulu ancaq müvəqqəti təsir göstərə bilər. Yəni preparat xəstəliyin səbəbini yox, onun simptomlarını müvəqqəti yox edir. Həkimin təyinatı olmadan istənilən dərman preparatını qəbul etmək məsləhət deyil.

- Bir mütəxəssis kimi sizə daha çox qadınlar, yoxsa kişilər müraciət edir?

- Son zamanlar bu sahədə problemlər daha da çoxalıb. Məhz buna görə də hər iki tərəf müraciət edir.

- Son zamanlar ölkəmizdə zorlama hadisələri ilə bağlı tez-tez məlumat eşidirik. Həmçinin 14-15 yaşında hamilə qalan qızların da sayında artım müşahidə olunur. Bu tendensiyanı siz necə qiymətləndirirsiniz?

- Bu halların əmələ gəlmə səbəbləri müxtəlifdir. Zorlama halı ancaq xəstə insanlara xasdır. Düşünürəm ki, bu hərəkətə edənə ən ağır cəza kəsilməlidir.

14-15 yaşlı qızların ailə qurması, əlbəttə, qeyri-qanunidir. Bu, əsasən əyalətlərdə daha çox rast gəlinir. Mən bunun qəti əleyhinəyəm. Çünki 15 yaşlı qızın orqanizmi ən azından ana olmağa hazır deyil.

F.Hacıyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm