Müsahibə
“Rusiyalı polkovnikin açıqlaması ölkəsinin bölgədəki mövqeyinə tamamilə ziddir”
Ekspertlər Rusiya hərbi təyyarələrinin cəbhə xəttinə göndərilməsini şərh ediblər
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul “İnterfax” agentliyinə açıqlamasında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son günlər baş verən gərginliyi azaltmaq üçün Rusiyanın cəbhə xəttinə hərbi təyyarələr göndərəcəyini deyib.
Publika.Az-ın məlumatına görə, İqor Qorbul təyyarələrin havaya Ermənistandakı hərbi bazasından qalxacağını söyləyib.
Rus ordusu rəsmisinin açıqlamasını siyasi yöndən şərh edən Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Aydın Mirzəzadə Publika.Az-a bildirib ki, ilk növbədə bu insanın sözügedən məzmunda bəyanat verib-vermədiyi dəqiqləşdirilməlidir:
“Çünki belə bir bəyanatın verilməsi Rusiyanın bölgədəki mövqeyinə tamamilə ziddir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin həllində ancaq vasitəçi rolu oynamaq istədiyini bildirir. İndi, tərəflər arasında münaqişə qızışarkən ora hərbi təyyarələr göndərmək Rusiyanın özünün artıq hərbi münaqişənin iştirakçısına çevrilməsi deməkdir”.
Aydın Mirzəzadə deyib ki, bu gün Azərbaycan işğal olunmuş ərazilərində Ermənistanın hərbi həmlələrinə layiqli cavab verir və bu bundan sonra da davam edəcək:
“Hesab edirəm ki, bu məsələ Azərbaycanın diplomatik kanalları vasitəsilə Rusiya tərəfinin nəzərinə çatdırılacaq”.
İqor Qorbulun açıqlamasını hərbi-taktiki baxımdan dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə Publika.Az-a deyib ki, Rusiyanın Ermənistandakı hərbi bazalarındakı müharibə təyyarələri havaya qalxıb-qalxmasının bizə heç bir təsiri yoxdur:
“İqor Qorbul gərginliyi azaltmaq üçün Rusiyanın Ermənistandakı hərbi bazalarından müharibə təyyarələrinin havaya qalxacağını deyib. Necə deyərlər, qalxsın da. Bundan bizə nə? Azərbaycan indiyə kimi bir dəfə də olsun Ermənistan ərazisi ilə bağlı heç bir beynəlxalq hüquq normalarını pozmayıb və pozmaq fikrində də deyil. Onun son dövlərdə Azərbaycanla Ermənistanın cəbhə xəttində gərginliyin davam etməsindən guya narahatçılıq keçirməsi də çox qeyri-səmimi bir yanaşmadır. İqor Qorbulun atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən ümumilikdə 8 əsgər həlak olub deməsi də diqqəti digər bir məqama yönəldir. Bu şəxslər indiyə kimi cəbhə bölgəsində ölən, yaralanan minlərlə insanın taleyinə niyə və nə üçün biganəlik göstərirdilər? Axı generalın təmsil olduğu Rusiya dövləti ATƏT-in Minsk qrupunun həmsədri kimi sülhyaratma missiyasını öz üzərinə götürən 3 ölkədən biridir. Rusiya, Fransa, ABŞ və digər ölkələr Azərbycanla Ermənistan arasında atəşkəsə əməl edilməsi barədə xəbərdarlıq etməkdənsə, işğalçı dövlət olan Ermənistana təzyiq göstərsinlər, onu BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini yerinə yetirməyə, Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməyə məcbur etsinlər”.
Üzeyir Cəfərov hesab edir ki. cəbhə bölgəsində indiyə kimi ölən, yaralanan günahsız hərbçilərin məsuliyyətini daşıyan ölkələrdən biri də məhz Rusiya tərəfidir:
“Onların Ermənistana havadarlığının nəticəsidir ki, bu gün milyonlarla insan öz doğma yurd-yuvalarından didərgin düşüb, 20 ilə yaxındır ki, öz ata-baba yurdlarına qayıda bilmirlər. Bundan sonra 100 dəfə döyüş təyyarəsi göyə qaldırsanız da xeyri yoxdur. İndi artıq XX deyil, XXI əsrdır. Azərbaycan da ötən əsrin sonlarında olan təcrübəsiz dövlət deyil”.
Səxavət Həmid
Publika.Az
-
Hadisə08:30Ağdamda daha bir güclü yanğın başladı - Yeniləndi
-
ABŞ08:10ABŞ İrana qarşı növbəti hücum dalğasını başa çatdırdı - Yeniləndi
-
Səhiyyə07:55Tarif Şurasının yeni qərarı bu gündən qüvvəyə minir
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab
-
Avropa03:44Bu ölkə diplomatlarını İrandan çıxardı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp














.jpg)
.png)


.jpg)




.jpg)














