Müsahibə
Qalmaqallı stilist Publika.Az-a danışdı - EKSKLÜZİV
Bu gün tanınmış stilist Samir Əliyev ictimaiyyət tərəfindən Azərbaycan bayrağını təhqir etməkdə təqsirləndirilərək Daxili İşlər Nazirliyinə çağırılması ilə bağlı KİV-də məlumat verilib. Məsələ ilə bağlı Samir ilə əlaqə saxladıq və o, eksklüziv olaraq Publika.Az-a açıqlama verdi:
“Bu gün Daxili İşlər Nazirliyin İstintaq-Əməliyyat şöbəsində idim.
Məni Mübariz Musayev çağırıb. İşimi həmin şəxs araşdırır. DİN
əməşdaşı Yaşar müəllimin yanında da olmuşam. Bütün olanları
araşdırdılar və isbat edildi ki, günahım yoxdur və məni sərbəst
buraxdılar. Məndən həmin şərfləri haradan əldə etdiyimi, haradan
aldığımı soruşdular. Mən də açıqlama verdim ki, 2011-ci ilin dekabr
ayında bu şərf Bakıya sifarişlə gəlib. Bu, dünya şöhrətli modelyer
Aleksandr Makquenin əsəridir. Bunu bütün dünya geyinir, mən də
geyinmişəm. Bir sözlə, bütün olanları izah etdim. Əvvəl
inanmadılar, sonra araşdırandan sonra mənə dedilər ki, rəsmi
açıqlama verə bilərsən. DİN-də araşdırdılar və mənim təqsirkar
olmadığım isbat edildi”.
---------
Stilistin Anspress-ə verdiyi məlumata görə, izahatı alındıqdan
sonra sərbəst buraxılıb: "Mənə dedilər ki, guya mən Azərbaycan
bayrağını təhqir etmişəm. Vəkilimlə getdim və izahat yazdım. Məni
az qala xalq düşməni etmiş o şarfı satın aldığımı və heç bir mənfi
məqsədlə boynuma taxmadığımı yazdım."
Stilist izahatı alındıqdan sonra sərbəst buraxılıb. Qeyd edək ki,
qalmaqallı şarf dünya şöhrətli modelyer Aleksandr Makquen
(Alexander McQueen) tərəfindən ötən ilin sonunda məxsusi olaraq
Azərbaycan üçün məhdud sayda çanta və şərf kolleksiyası hazırlanıb.
Milli simvolumuzun rəngləri ilə bəzədilmiş bu kolleksiyanı ancaq
əvvəlcədən sifariş verməklə əldə etmək mümkün olub. Kolleksiyanın
təqdimatı 27 dekabr 2011-ci ildə "Emporium Port Baku" mağazasında
olub.
Fuad Mədətov
Publika.Az
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video
-
Qoroskop00:00Günün ULDUZ FALI - Riskli qərarlardan uzaq durun
-
İdman27 Avqust 23:40"Barselona"nı bəyənən Qurbanov Bakıda kimə azarkeşlik edəcək?
-
İdman27 Avqust 22:48"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ
-
Magazin227 Avqust 22:36Braziliya gözəli hamiləlik səbəbindən tacını itirdi - FOTO
-
Maraq dünyası27 Avqust 22:24Milyonçu uğurlu evliliyin sirlərini açıqladı - “Gecə saat 1-də...”
-
Cənubi Qafqaz27 Avqust 22:00Ermənistanda ad dəyişikliyi - Süni İntellekt Nazirliyi yaradıldı
-
Magazin127 Avqust 21:00"Heç kəsin fikri mənim üçün önəmli deyil" - FOTO

































.jpg)

.jpg)
