Müsahibə
Azərbaycanlı rejissor: "O insan mənim üçün yoxdur"
Azərbaycanın tanınmış klipmeykeri Nail Naiboğlu, ona hörmət edən sənət dostlarından danışıb. Bu zamanadək kiminləsə qalmaqal etməyən rejissor, kinli insan olmadığını da dilə gətirib. Publika.Az-a müsahibə verən Nail 60 minlik kilipindən də söz açıb.
- Sənət dostlarınızla söz-söhbətiniz olub?
- Hamısına hörmətim var. Bu vaxtadək, sağ olsunlar ki, onlar da
mənə hörmət ediblər. Eyni zamanda da özüm hörmət qazanmışam. Əgər
kimsə mənə hörmət etmirsə, deməli, o insan mənim üçün də yoxdur. Bu
zamanadək kiminləsə də böyük qalmaqalım olmayıb.
- Kinli insansınız?
- Xeyr, bağışlamağı bacaran biriyəm. Əgər Allah bağışlayırsa, biz
bəndələr kimik ki?
- Azərbaycan müğənnilərinin xarici rejissorlara üstünlük
vermələrinə səbəb nədir?
- Kimə necə xoşdur, elə də edir. Mən bu məsələni normal hal kimi
qəbul edirəm.
- Bəlkə Azərbaycanda peşəkar rejissorların az olması səbəbindən
azərbaycanlı ulduzlar xarici rejissorlara üstünlük
verirlər?
- Gəlin razılaşaq ki, yerli rejissorlara klip çəkdirən ifaçılarımız
çoxdur.
- Ən bahalı klipi hansı müğənni üçün çəkmisiniz?
- Bir çox müğənniyə çəkdiyim kliplərin qiyməti baha olub. Ən son
işlərimdən Abbas Bağırovun “Aləm gözəl” mahnısına çəkdiyim klip
bahalıdır. Ümumi götürəndə, Ruhi xanım üçün Hindistanda çəkdiyim
klip ən bahalısıdır: 60 min manat.
- Hədiyyə etdiyiniz klipləriniz olub?
- Elnur Məmmədova və bir çox müğənniyə klip hədiyyə eləmişəm.
Onlara da nə vaxt zəng edirsən ki, tədbirim var, pulsuz,
canla-başla gəlib iştirak edirlər. Yəni ki, hörmət-hörmətə
bağlıdır. Eyni zamanda da bütün müğənniləri başa düşürəm.
- Hansı müğənni ilə işləmək sizə yorucudur?
- Tanınmış müğənnilərlə problemim olmayıb. Ancaq tanınmamış
müğənnilərlə hər zaman problem yaşamışam. Klip çəkilişlərindən
xəbəri olmayan ifaçılar olanda, münaqişəmiz yaranır. Çünki heç
nədən xəbərləri olmur. Ancaq neyləyək, müğənnilərin nazı ilə
oynamaq biz rejissorların borcudur.
- Klip müğənniyə nəyə görə lazımdır?
- Klip müğənninin reklamıdır. Nəzərinizə çatdırım ki, ifaçı neçə il
bundan öncə çəkdirdiyi klipin efirlərdə yayımlanmasını istəmir.
Çünki zaman keçdikcə inkişaf gedir. Eyni zamanda mahnı və klip də
dəbdən düşür. Müğənninin çəkdirdiyi klip səviyyəli olmalıdır ki,
tamaşaçılar tərəfindən yaxşı qarşılansın və sevilsin.
Ceyran Əsgərqızı
Publika.Az
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video
-
Qoroskop00:00Günün ULDUZ FALI - Riskli qərarlardan uzaq durun
-
İdman27 Avqust 23:40"Barselona"nı bəyənən Qurbanov Bakıda kimə azarkeşlik edəcək?
-
İdman27 Avqust 22:48"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ
-
Magazin227 Avqust 22:36Braziliya gözəli hamiləlik səbəbindən tacını itirdi - FOTO
-
Maraq dünyası27 Avqust 22:24Milyonçu uğurlu evliliyin sirlərini açıqladı - “Gecə saat 1-də...”
-
Cənubi Qafqaz27 Avqust 22:00Ermənistanda ad dəyişikliyi - Süni İntellekt Nazirliyi yaradıldı
-
Magazin127 Avqust 21:00"Heç kəsin fikri mənim üçün önəmli deyil" - FOTO

































.jpg)

.jpg)
