Müsahibə
Azərbaycanlı ifaçı: “Allah o gündən qorusun...“
Azərbaycanın muğam ifaçısı Bəyimxanım Mirzəyeva efirlərdə az-az görünməyinin səbəbini açıqlayıb. Şəxsi həyatından danışan xanəndə, boşanmaq iqtidarında olmadığını dilə gətirib. Publika.Az-a müsahibə verən Bəyimxanım, qadınlara da xoşbəxtlik arzu edib.
- Həmkarlarınızdan fərqli olaraq, efirlərdə az-az görünürsünüz.
Bunun səbəbi nədir ?
- Yeni işlərim olanda telekanallara çıxıram. Həm də
özüməməxsusluğumu qoruyub saxlamaq istəyirəm.
- Şou-biznes əhli ilə aranız necədir?
- Demək olar ki, əksəriyyəti ilə normal münasibətim var.
- Nə vaxtsa, xanəndəliyi kənara qoyub estradaya üstünlük
verərsiniz?
- Xeyr, elə fikrim yoxdur. Çünki əvvəldən muğam janrında oxumuşam.
Hazırda da Ağaxan Abdullayevdən muğam dərsləri alıram. Heç vaxt
muğamı unuda bilmərəm.
- Axı, sizi estrada mahnısı olan “Yağış”-la
tanıyıblar...
- Bəli, sözügedən mahnı ilə “möhürüm vurulub”, tamaşaçı rəğbəti
qazanmışam. Ancaq əsl sənətim xanəndəlikdir.
- Bu vaxtadək sənətinizlə bağlı ailədə problemləriniz
yaranıbmı?
- Problem yaranmır, çünki ailəmin məsləhət gördüyü tədbirlərə
gedirəm.
- “Giley” mahnısına çəkdirdiyiniz klip şəxsi həyatınızdan
götürülüb?
- Bilirsiniz, hazırda boşanmaların sayı artıb. Ortada qalan isə
uşaqlar olur. Ata-ananın ayrılması uşaqlara pis təsir edir. Onun
üçün də sözügedən klipi çəkdirərək bəzi ailələrə nümunə göstərmək
istədik.
- Bəs, özünüzü necə, boşanmaq kimi təhlükə gözləyirmi?
- Allah o gündən qorusun. Mənə elə gəlir ki, başsız qadın heç nəyə
yaramır. Ərsiz qadın işlərində uğur qazanmağına baxmayaraq, şəxsi
həyatında heç vaxt xoşbəxt ola bilməz. Özümə və heç bir ailəyə
bədbəxt hadisələr arzulamıram.
- Seçim qarşınızda qalsaydınız, ailənizi, yoxsa işinizi
seçərdiniz?
- Ailəmi seçərdim. Həyat yoldaşım icazə verməsə, işimi belə, davam
etdirmərəm. Mənim fikrimcə, azərbaycanlı qadın üçün ilk öncə ailə
lazımdır.
Ceyran Əsgərqızı
Publika.Az
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















