Müsahibə
Fuad Qəhrəmanlı: “Mitinqlər o halda təxirə salına bilər ki...” – MÜSAHİBƏ
- İctimai Palata mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərində adətən 3 yer göstərirdi. 13 may mitinq müraciətində isə yalnız bir yerdən söhbət gedir. Bu nə ilə bağlıdır?
- İctimai Palata əvvəlki mitinqlər zamanı ona görə 3 yeri göstərirdi ki, hakimiyyət orqanları bu yerlərdən uyğun olanı seçsin. Reallıq onu göstərir ki, hakimiyyət hər dəfə seçim imkanı olmasına baxmayaraq təklif etdiyimiz yerlərlə bağlı imtina cavabı verib. “Sərbəst toplaşmaq” haqqında qanuna görə, mitinq keçirmək istəyən tərəf yeri özü müəyyənləşdirməlidir. Amma İctimai Palata yumşaq yanaşma göstərib və hakimiyyətə seçim imkanı yaradıb. Hakimiyyətin bu məsələdə birmənalı olaraq imtina cavabı verməsindən sonra bir neçə yer göstərməyə lüzum qalmır. Əsas motiv bununla bağlıdır.
- 13 may mitinqinin təxirə salınması ehtimalı varmı?
- Bakı Şəhər İcra Hakimiyyətinin müraciətimizə cavabı bəlli deyil. Cavab veriləndən sonra atılacaq addımlar kollektiv şəkildə müəyyənləşdiriləcək. Əgər Bakı Şəhər İcra Hakimiyyəti imtina cavabı versə, onu sakitliklə qəbul etmək niyyətində deyilik. Biz sərbəst toplaşmaq hüququnun təmin olunması üçün sonadək mübarizəmizi davam etdirəcəyik. 13 may aksiyasının keçirilib-keçirilməməsi verilən cavabdan asılı olacaq. Bütün hallarda Bakı Şəhər İcra Hakimiyyətinin qərarını gözləməyə ehtiyac var.
-Qanunvericiliyə görə, beynəlxalq səviyyəli tədbirlər ərəfəsində mitinqlər, kütləvi aksiyalar təxirə salınır. Mitinqlərin təxirə salınması bu kontekstdən müzakirə oluna bilərmi?
- Bəs, indiyə kimi bu aksiyaların keçirilməsinə imkan verilməməsi nə ilə bağlı idi? Əgər həmin məsələ indi gündəliyə gətiriləcəksə, aydındır ki, bu bir bəhanədir. Çünki əvvəllər niyə imkan verilmirdi, sualını da cavablandırmaq lazım gələcək. Doğrudan da ölkə miqyaslı tədbirlərin keçirilməsinə mitinqlər hər hansı formada təsir göstərirsə, aksiya müvəqqəti olaraq təxirə salına bilər. İndiki halda söhbət yalnız 13 may mitinqindən gedir. Bu mitinqin isə “Evrovision” mahnı müsabiqəsinə hər hansı bir təsiri ola bilməz.
- May ayının 13-də həmçinin İctimai Palatanın Sumqayıt şəhər şöbəsinin mitinqi planlaşdırılıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətə cavab verilibmi?
- Müraciətə hələlik cavab verilməyib. Cavab mitinqə adətən 3-4 gün qalmış verilir.
- ATƏT-in vasitəçiliyi ilə müxalifət-iqtidar dialoqunun baş tutacağı ilə bağlı məlumatlar var idi. Bu istiqamətdə hansısa inkişaf varmı?
- Bildirilirdi ki, bu məsələdə hakimiyyətin razılığı alınmalıdır. Hələlik bir məlumatın olmaması göstərir ki, ATƏT-in Bakı ofisi ilə hakimiyyət arasında gedən danışıqlarda nəticə əldə olunmayıb. ATƏT-in Bakı ofisi bildirmişdi ki, hakimiyyətlə müzakirə imkanlarını götür-qoy edəcək. Sonrakı mərhələdə yəqin ki, hər hansı bir nəticə əldə olunmayıb. ATƏT-in Bakı ofisi “Siyasi partiyalar haqqında” qanunla bağlı müzakirələrin keçirilməsini təklif etmişdi. Ancaq sonradan Milli Məclisdəki müzakirələr göstərdi ki, hakimiyyət artıq mövqeyini birmənalı şəkildə bildirib.
-İcazəsiz aksiyaların keçirilmə ehtimalından danışdız. İstisna olunmur ki, 2011-ci il 2 aprel aksiyasında olduğu kimi həbslər aparılsın. Bir sıra hallarda isə həbsləri aksiya təşkilatçılarının düzgün taktika seçməməsi ilə izah edirlər...
- Həbslərdə o zaman məsuliyyət daşıyarıq ki, bizim tərəfimizdən qanunazidd addımlar planlaşdırılsın. Bizim keçirdiyimiz aksiyalar “Sərbəst toplaşmaq” haqqında qanuna zidd deyilsə, aksiyaların gedişində qanundan kənara çıxmırıqsa, bu halda aksiya iştirakçılarına qarşı həyata keçirilən həbslər qanunsuzdur.
Ömər Əmirov
Publika.Az
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı