Müsahibə
Qarabağ azadlığa qovuşanda Lefkoşada bayraqlar qürurla dalğalanırdı - Özdemir Tokel
.jpg?v1752316324)
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş nazirinin baş məsləhətçisi, BR TV-nin İdarə Heyətinin sədri və siyasi kommunikasiya üzrə mütəxəssis Özdemir Tokel “Teleqraf" İnformasiya Agentliyinin sualarını cavablandırıb.
Publika.az həmin müsahibəni təqdim edir:
- Cənab Tokel, Türkiyədə PKK-nın ləğv edilməsi ilə bağlı proses bölgədə geniş əks-səda doğurdu. ŞKTC ictimaiyyəti bu prosesi necə dəyərləndirir?
- Biz kipr türkləri bu prosesi diqqətlə, nikbinliklə izləyirik. PKK-nın silahlı fəaliyyətini bitirəcəyini açıqlaması əlbəttə ki, sülh naminə ümidverici bir haldır. Amma bu ümid, yaşanmış acılarla yoğrulmuş bir sağlam düşüncənin məhsuludur. Türkiyənin terrorla mübarizəsi təkcə hərbi mübarizə deyil, siyasi, diplomatik və ictimai yönləri olan çoxşaxəli bir iradə savaşıdır. Bu mübarizədə əldə olunan hər bir nailiyyət təkcə Türkiyənin deyil, bütün türk dünyasının təhlükəsizliyini, rifahını və ortaq taleyini yaxından maraqlandırır. Çünki terror, millətlərin qardaşlıq hüququna yönəlmiş bir təhdiddir.
- Kiprin türk xalqı bu hadisələrə necə bir həssaslıqla yanaşır?
- Kipr türkləri olaraq biz terroru uzaqdan izləyən bir xalq deyilik. Biz 1950-ci illərdən etibarən “EOKA” terroruna qarşı dirənmiş, etnik təmizləmə cəhdlərinə qarşı müqavimət göstərmiş və bütün çətinliklərə baxmayaraq, öz dövlətini qurmağı bacarmış bir cəmiyyətik. Bu səbəbdən Türkiyənin terrorla apardığı mübarizənin mənasını çox yaxşı bilirik. PKK kimi bir terror təşkilatının silahsızlaşdırılması, yalnız bir siyasi nəticə deyil, vicdani bir yüngüllük, strateji bir qazanc və tarixi dönüş nöqtəsidir.
- Sizcə, Türkiyənin artan regional gücü və müdafiə sənayesindəki inkişaf bu prosesə necə təsir etdi?
- Türkiyə, milli və yerli müdafiə sənayesində əldə etdiyi irəliləyişlər sayəsində artıq yalnız terrorla mübarizə aparan deyil, bölgəyə yön verən, balans yaradan strateji faktordur. PUA-lardan tutmuş sualtı qayıqlara, radar sistemlərindən raket texnologiyalarına qədər ortaya qoyulan imkanlar terrorun hərəkət sahəsini daraltmış, beləliklə onun arxasındakı qlobal cəsarət mənbələrini də zəiflətmiş olub. Terrorun bu qədər ciddi müqavimət qarşısında geri çəkilməsi labüd idi. Nəticə etibarilə, bu gün Türkiyə prosesləri idarə edən bir dövlətdir və bu fakt təkcə daxili təhlükəsizlik üçün deyil, xarici siyasət və milli suverenlik baxımından da strateji mərhələdir.
- Azərbaycan ictimaiyyəti də bu prosesi yaxından izləyir. “Üç Dövlət, Bir Millət” vizyonu çərçivəsində bu hadisəni necə dəyərləndirirsiniz?
- Bu vizyon artıq bir şüar deyil, sahədə gerçək qarşılığı olan bir strateji çərçivəyə çevrilib. Əgər Türkiyədə bir Mehmetçik şəhid olanda Bakının qəlbi yanırsa, Qarabağ azadlığa qovuşanda, Lefkoşada bayraqlar qürurla dalğalanırsa, bu yalnız ortaq taleyin və ortaq dərdin nəticəsidir. Bu mənada PKK-nın ləğv olunması prosesi də bu baxımdan yalnız Türkiyəyə deyil, Türk dünyasının ortaq hisslərinə də birbaşa təsir göstərir. Sözsüz ki, bu bizim birlik və bərabərlik arzumuzu daha da gücləndirir.
- Sizcə, bu ləğv prosesi ifadə azadlığı, demokratiya və regional sülh baxımından hansı fürsətlər yaradır?
- Bu prosesin yaratdığı ən mühüm fürsət, terrora qarşı güzəştsiz bir duruşla demokratik dəyərlərin yanaşı yaşaya biləcəyinin sübutudur. Türkiyə bir tərəfdən terror təşkilatları ilə qətiyyətlə mübarizə apararkən, digər tərəfdən də demokratik nailiyyətlərini qorumağı bacardı. Bu balansı qurmaq asan deyil, lakin Türkiyə bunu uğurla həyata keçirdi. PKK əgər gerçək və davamlı bir dəyişiklik istiqamətində silahı buraxırsa, bu bütün bölgə üçün daha azad, daha dinc və sabit bir dövrün başlanğıcı ola bilər. Lakin bu prosesin dövlət ağılı və milli iradə ilə idarə olunması və mümkün təxribatlara qarşı diqqətli olunması şərtdir.
- Bu prosesdə ŞKTC-nin Türkiyə ilə təhlükəsizlik və diplomatiya baxımından daha sıx inteqrasiya olunması mümkündürmü?
- Əslində, biz artıq inteqrasiya olunmuşuq. ŞKTC Türkiyənin Şərqi Aralıq dənizindəki strateji təhlükəsizlik vizyonunun ayrılmaz tərəfdaşıdır. Biz bu coğrafiyada yalnız enerji layihələri deyil, təhlükəsizlik və müdafiə doktrinaları da qururuq. Türkiyənin terrorla mübarizəsi nəticəsində formalaşan sabitlik mühiti, ŞKTC-nin regional miqyasda daha fəal rol oynamasını təmin edə bilər. Bu da bizim ortaq gələcəyə verdiyimiz dəyərin bir təzahürüdür.
- Terrorsuz, ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş türk dövlətlərini qarşısında hansı çağırışlar var?
- Terrorla mübarizə yalnız dövlətin deyil, millətin də iradəsidir. Türkiyənin bu mübarizəsi uğurla başa çatdıqda, Kıbrısdan Qarabağa, Orta Asiyadan Trakyaya qədər bütün bir millət rahat nəfəs alacaq. Biz ŞKTC olaraq, bu müqəddəs mübarizənin sonuna qədər yanında və arxasında olacağıq. Çünki bu məsələ yalnız Türkiyənin deyil, bütün Türk dünyasının namus məsələsidir. Türkiyənin apardığı terrorla mübarizə, millətimizin ortaq şərəf mübarizəsidir.

-
Art14:00
Telman Adığözəlovun oğlu: Atamın uşaqlıqda qolunda yara olub, həkim deyib ki...
-
Magazin113:27
Vüsalə Əlizadənin efir libası sosial medianı silkələdi - VİDEO
-
Hadisə12:14
Dünya bu faciədən danışır: Məşhur iş adamının arvadı onu vurdu, sonra da... - FOTOLAR
-
Region11:39
Paşinyan-kilsə müharibəsində yeni mərhələ: II Qaregin əks-hücuma başladı
-
Region10:45
Bütün gözlər Kızılcahamamda: Ərdoğanın “tarixi çıxışı”ı başlayır
-
Sosial10:18
Temperatur yüksəldi, Bakı metrosu “sauna”ya çevrildi: Qurumun rəhbərliyi deyir ki...
-
MDB09:10
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - Keçmiş polkovnik
-
Hadisə08:40
Azərbaycanda zəlzələ oldu