Müsahibə
Fuad Musayev Laçındakı “Yurd” qalereyasına eksklüziv sənət əsəri hədiyyə etdi - Müsahibə
Azərbaycan Rəssamlar İttifaqının üzvü Fuad Musayev Laçındakı “Yurd” qalereyasına eksklüziv sənət əsəri hədiyyə edib.
Gənc rəssamla söhbətimiz bu haqdadır. - Fuad, Laçında keçirilən ilk sərginizdə 25-ə qədər rəsmlərinz nümayiş olundu. Azad vətəndəki ilk rəsm qalereyasına hədiyyəniz isə rəsm olmadı. - Düşündüm ki, bu əsər daha maraqlıdır. Nə mənada? Qalereyaya gələn ziyarəçilərin dərhal diqqətini çəkəcək.
- Siz geyim rəssamı deyilsiniz?
- Xeyr. Bu, mənim çəkdiyim ilk geyim dəstidir. Buna qədər ayrı-ayrı yastıqlar filan üzərində işləmişdim, yəni texnikanı mənimsəmişdim. Amma belə bir miqyaslı iş işləməmişdim.
- Təklif kimdən gəldi?
- “Bakı Abadlıq Xidməti” MMC-nin və “Yurd” qalereyasının birgə təşkilatçılığı ilə “Yurd çağırır məni” adlı rəsm sərgisi keçiriləndə Laçında bir tədbir də baş tutmuşdu - “Zəfər naxışlarının sədası” adlı geyim kolleksiyası təqdim olunmuşdu. Həmin moda nümayişinin müəllifi, tanınmış dizayner Kübra Nuriyeva təklif etdi ki, onun defilesinə mənim də qatqım olsun. Maraqlı təklif idi. Dəyərləndirdim. Bir həftə gecəli-gündüzlü eskiz üzərində işlədim.
- Sonra eskizi parçaya köçürtdünüz?
- Bu zaman atlas üzərinə xüsusi boyalarla rəsm çəkilir. Yəni əvvəlcədən parça biçilir, sonra rəsm çəkilir, sərib qurudulur, daha sonra xüsusi ütü ilə ütülənir ki, boyalar çatlamasın. Tam hazır olandan sonra tikilməyə göndərilir.
- Uzun prosesdir ki..
- Bəli, bu axı print deyil, əl işidir, ona görə də xırdalıqları çoxdur. - Bir növ libas üzərində rəsm əsəridir. Mövzuları necə seçdiniz? - Əsasən Laçının tarixi abidələri, görməli yerləri, Həkəri çayını çəkmişəm. Qollarını Çələbi xalçasının ornamentləri ilə bəzəmişəm. - Bu libas bir növ Laçının geyim üzərindəki rəmzi də sayıla bilər. - Elə ona görə bəzi tələblərim də oldu. Dizaynerlərə əvvəlcədən dedim ki, bu libasda qətiyyən açıq-saçıqlıq, geniş dekolte, dizüsstü kəsiklər filan ola bilməz. Əsərin adı «Laçın geyimi»dir. Laçınsa bu taleyi ilə, bu təbiətilə çox millidir, çox ağırtaxtadır, həm də çox gözəldir, onun hər hansı açıq-saçıq bəzək-düzəyə ehtiyacı yoxdur.
- Söylədiniz ki, bu sizin ilk geyim rəsminiz idi. Davamı gələ bilərmi?
- Əlbəttə gələ bilər. Maraqlı layihələr olsa məmnuniyyətlə qatılaram.
- Geyim dəstini Laçındakı rəm qalereyasına hədiyyə etmisiniz...
- İstədim ki, «Yurd»a gələn hər kəs vətəni həm dəlibas üzərində görsün. Bizim nəsil ta uşaqlıqdan Laçın arzusuyla böyüyüb. Arzumuza çatmağımızla Laçın sevgimiz daha da artıb.
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzə zərər verə bilərsiniz
-
İdman24 Sentyabr 23:36Çox qorxuncdur – Anri hansı komandanı deyir?
-
Magazin124 Sentyabr 22:36"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
-
İdman24 Sentyabr 22:2441 yaşlı Ronaldo millinin start heyətində - VİDEO
-
ABŞ24 Sentyabr 22:00Daha bir ölkə səması İran üçün bağlandı - Xüsusi sərəncam olmasa...
-
İKT24 Sentyabr 21:24"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi





















.jpg)














