Müsahibə
Zəngəzur dəhlizində işlər bu vaxt başlayacaq - MÜSAHİBƏ
ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Publika.az həmin müsahibəni təqdim edir:
- Natiq bəy, Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT tribunasından konstitusiya islahatları və digər mövzulara aid bəyanatları var. Bu cür siyasi mahiyyətli açıqlamaların yüksək kürsülərdən səslənməsinin əhəmiyyətini necə dəyərləndirmək olar?
- Əslində Paşinyanın BMT-dəki çıxışını Prezident İlham Əliyevin sülh ritorikasının davamı kimi də görmək olar. Azərbaycan prezidenti Baş Assambleyada çıxış edərkən Cənubi Qafqazda dayanıqlı sülhün artıq bərqərar olduğunu, bunun üçün ABŞ administrasiyasının böyük iş gördüyünü vurğuladı. Məhz avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşmalar burada əsas meyar kimi qəbul edilib. Sözsüz ki, Azərbaycanın hərbi və diplomatik qələbə qazandığı BMT tribunasından bir daha diqqətə çatdırıldı. Məhz bu tezislərin davamı olaraq Ermənistanın baş naziri çıxıb orada başqa bir ritorika səsləndirə bilməzdi. BMT tribunasından qalıcı sülh, kommunikasiya xəttlərinin açılması kimi ifadələr dünya ictimaiyyəti qarşısında bəyan edildi. Ermənistanla Azərbaycan arasında sülhün ümumiyyətlə bölgə üçün çox vacib olduğu Paşinyan tərəfindən də vurğulandı. Azərbaycan prezidenti ondan əvvəl bölgədə sülhün bərqərar olmasını, kommunikasiyaların açılmasının vacibliyini bəyan etmişdi
- Zəngəzur dəhlizinin öz adı ilə çağırılmasına erməni tərəfinin narahatlığı nə ilə bağlıdır? Paşinyan da BMT-dəki çıxışında bu mövzuya toxunmuşdu…
- Sözsüz ki, Ermənistan tərəfi dəhlizin və yaxud marşurutun adını fərqli formada adlandıra bilər. Bunun prinsipial əhəmiyyəti yoxdur. Zəngəzur yolu (Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu və ya TRIPP) adlandırılırsa da, bunun prosesə heç bir təsiri olmayacaq. Ona görə də yaxın zamanlarda Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin texniki əsaslandırılması və əməli fəaliyyətə başlanması üçün də artıq müəyyən addımlar atılacaq. Azərbaycan tərəfindən bu istiqamətdə işlər görülüb. 2026-cı ilin ortalarına qədər Azərbaycan tərəfindən Ağbənd qəsəbəsinə qədər olan dəmir və avtomobil yolunun çəkilişləri yekunlaşacaq. Bununla da marşurutun Azərbaycan tərəfindən olan hissəsində bütün işlər başa çatacaq. Gələn ilin yanvarından Naxçıvandan dəmir yolu şəbəkəsinin yenidən qurulmasına başlanılır. Bunun üçün artıq vəsait ayrılıb. Həmçinin beynəlxalq donorlarla da müəyyən anlaşmalar mövcuddur.
- Dəhlizin qısa zamanda açılması ilə bağlı ABŞ administrasiyasının təsir imkanlarını necə dəyərləndirirsiniz?
- ABŞ administrasiyası bu yolun çəkilişlərinin uzanmasında maraqlı deyil. Vaşinqtonla İrəvan arasında bu mövzu ilə bağlı müzakirələr davam edir. Artıq Amerika nümayəndələri Ermənistana səfər edərək bu marşurutun açılması şərtlərini müzakirə ediblər. Çox güman ki, gələn ilin əvvəlindən Ermənistan ərazisində də yolun tikintisi ilə bağlı müəyyən işlər görüləcək. Artıq erməni tərəfində yolun texniki sənədlərinin hazırlanması üçün müəyyən addımlar atılır. Bu isə prosesin yubanmadan davam edəcəyini söyləməyə əsas verir.
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto








































