Müsahibə
"Çukur"un aktyoru Bakıda filmə çəkildi - MÜSAHİBƏ
Türkiyənin ixtisasca həkim olan məşhur aktyoru Ercan Kesal "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Publika.az həmin müsahibəni təqdim edir:
- Yunus Emre İnstitutunun Bakıdakı keçmiş nümayəndəsi Selçuk Karakılıçın dəvəti ilə 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmisiniz. Azərbaycana gələndə ilk təəssüratlarınız necə idi?
- Özümü yad bir ölkəyə gəlmiş kimi hiss etmədim. Bakıya gəlmək, sanki İstanbulun qonşu bir şəhərinə gəlmək kimiydi. Bakını dərhal sevdim və ayrılarkən darıxdım. Bu, hər zaman yaşanan bir duyğu deyil, buna əminəm. Yaxın zamanda bir Azərbaycan filmində rol almaq üçün yenidən Bakıya, daha sonra çəkilişlərin aparıldığı Gəncəyə getdim. İşim bitib qayıdarkən yenə də o darıxma hissi ilə ayrıldım Bakıdan.
- Azərbaycan tamaşaçılarının filmlərinizə və rollarınıza olan marağı barədə nə düşünürsünüz?
- Azərbaycan xalqı səmimi və səxavətlidir. Bu hal onların bütün münasibətlərinə və davranışlarına hopur. Film və seriallarımızı sevir və maraqla izləyirlər. Oynadığım personajları məndən daha çox özününküləşdirməyin şahidi olmuşam.
- Bəs ölkəmizdə ən çox diqqətinizi çəkən nə oldu?
- Son oynadığım filmin yaradıcı heyəti ilə də bu cür sualları müzakirə etmək imkanı tapdım. Möhtəşəm bir maraq, səylə çalışma və yaratma arzusu hiss olunur. İtirilmiş illərin əvəzini çıxmaq və gələcəyə dair ümidlə yaratmaq yalnız bu arzuyla mümkündür.
- Aktorluq yolçuluğunuzun həkimlik keçmişinizlə birləşməsi çox orijinal bir perspektiv yaradır. Bu iki dünyanın sizdə yaratdığı yaradıcı tarazlığı necə izah edərdiniz?
- İnsan bu dünyadakı yerini yalnız hekayə danışaraq müəyyən edə bilər və danışdıqları da təcrübələrindən başqa bir şey deyil. Yoxsul bir Anadolu qəsəbəsində çoxuşaqlı kəndli ailəsinin ən kiçik övladı kimi doğuldum və böyüdüm. Kitablarla dostluqdan başqa çarəm yox idi. Oxuyaraq, yazaraq var oldum.
Həkimlik isə mənim şansım oldu. Hekayə dinləyən, onları toplayan və yenidən yazaraq yenidən quran biri üçün həkimlik əvəzsiz nemətdir.
- "Çukur", "Gülpəri", "Bir Zamanlar Anadoluda" kimi seriallarda canlandırdığınız obrazlar Azərbaycanda da böyük maraqla qarşılandı. Sizcə, bu personajların Azərbaycan tamaşaçısında qarşılıq tapmasının səbəbi nədir?
- İzləyici səmimiyyət gördüyü üçün özünü orada tapıb. Daha əvvəl də demişdim, universallıq çox önəmlidir. Təqlidlər dərhal hiss olunur və tez istehlak edilir, qalıcı olmur.
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər












-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














