Müsahibə
SEPAH və Hörmüz kartı: İran ABŞ-ı necə sıxışdırır və bölgədə nə baş verəcək? - Detallar
ABŞ və İran arasında böyük ümidlərlə gözlənilən İslamabad görüşü nəticəsiz başa çatdı. Diplomatik masada razılığın əldə olunmaması regionda yeni və daha təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Publika.az-a danışan güney azərbaycanlı araşdırmaçı-yazar, siyasi şərhçi Məhəmməd Rəhmanifər hesab edir ki, tərəflər artıq kompromis nöqtəsindən uzaqlaşıb və qarşıdurma qaçılmaz istiqamət alır.
Politoloqun sözlərinə görə, bu tip müzakirələrə həddindən artıq ümid bağlamaq doğru deyil: “ABŞ əslində İslamabad görüşündə yaxşı təkliflərlə çıxış etmişdi. İran həmin şərtləri qəbul etsəydi, ölkədəki bir çox problemlər həll oluna bilərdi. Lakin vəziyyət elə deyil ki, asanlıqla nəticə əldə olunsun”.
O əlavə etdi ki, Donald Trampın “İranda rejim dəyişib” iddialarına baxmayaraq, real mənzərə fərqlidir: “Belə bir dəyişiklik baş verməyib”.

SEPAH-ın təsir gücü və idarəetmə sistemi
Rəhmanifər vurğuladı ki, İranda güc strukturları hələ də SEPAH-ın nəzarətindədir: “Ölkə artıq uzun müddətdir SEPAH-ın təsiri altındadır və bu sistem hələ də davam edir. Sadəcə müəyyən şəxslərin və ya generalların hədəf alınması ilə bu strukturun tam sıradan çıxacağını düşünmək doğru deyil”.
Siyasi şərhçi bildirdi ki, mövcud sistem üçün cəmiyyətin rifahı əsas prioritet deyil: “Onlar üçün əsas məsələ ölkənin gələcəyi yox, siyasi sistemin davamlılığıdır. İnsanların yaşadığı çətinliklər, sosial problemlər və infrastrukturun dağılması ikinci plandadır”.
ABŞ-ın şərtləri və rejim dəyişməsi riski
Onun sözlərinə görə, ABŞ-ın irəli sürdüyü şərtlər qəbul olunarsa, İran üçün müəyyən iqtisadi və siyasi rahatlama mümkündür, lakin bu, mövcud rejimin mahiyyətini dəyişə bilər: “Bu şərtlər qəbul edilərsə, İranın gələcəyi fərqli istiqamətə gedə bilər. Amma bu, eyni rejimin davamı olmaz. Ona görə də Tehran bu şərtləri qəbul etmir”.
Rəhmanifər İranın güvəndiyi əsas faktoru da açıqladı. Bu, Hörmüz boğazıdır: “İran hesab edir ki, Hörmüz boğazına nəzarət vasitəsilə ABŞ və Qərb iqtisadiyyatına ciddi təzyiq göstərə bilər. Enerji qiymətlərinin artması fonunda ABŞ daxilində narazılıqların güclənəcəyi və nəticədə Vaşinqtonun geri çəkiləcəyi düşünülür”.
Politoloq hazırkı vəziyyətin daha sərt qarşıdurmaya doğru getdiyini bildirdi: “Tramp və Netanyahu daha qətiyyətli görünür. Münaqişənin daha da kəskinləşməsi ehtimalı yüksəkdir. Hətta rejim dəyişikliyi ehtimalı belə gündəmdə ola bilər”.
Onun fikrincə, tərəflər arasında kompromis ehtimalı da zəifdir: “Baxışlar və maraqlar o qədər fərqlidir ki, yaxın zamanda ortaq məxrəcə gəlmək çətindir”.
Quru əməliyyatı və uzunmüddətli qarşıdurma ssenarisi
Rəhmanifər hesab edir ki, quru əməliyyatı olmadan münaqişənin tam həlli çətin görünür: “Əgər quru qoşunları müdaxilə etməsə, müharibə uzun müddət davam edə bilər. İran geniş coğrafiyası və regiondan gələn dəstək imkanları ilə bu qarşıdurmanı uzatmağa çalışa bilər”.
Onun sözlərinə görə, Tehran uzunmüddətli müharibə strategiyasına güvənir və mövcud hakimiyyətin əsas hədəfi daxili nəzarəti qorumaqdır.
Müəllif: Adəm Abbaslı
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?














.jpg)












.webp)











