Yaxın Şərq
NATO Ankaradan bunu istəyir - Rusiya ŞOKA DÜŞƏCƏK
Türkiyə ilə NATO ABŞ və onun müttəfiqlərinin Suriyada keçirməyi planlaşdırdığı əməliyyatda İncirlik bazasından istifadəni müzakirə edəcək.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Onun sözlərinə görə, bu haqda müzakirələr NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri (aprelin 16-na nəzərdə tutulub – red.) zamanı aparılacaq.
Türkiyə bu əməliyyata dəstək verib-verməməsinə gəlincə, Hami Aksoy kimyəvi hücumun insanlığa qarşı törədilmiş cinayət olduğunu və belə bir hücumun təkrarlanmaması üçün günahkarların cəzalandırılmalı olduğunu bildirib.
Qeyd edək ki, Suriya hakimiyyətini Duma şəhərində kimyəvi silah tətbiqində ittiham edən ABŞ prezidenti Donald Tramp dünən Rusiyanı Suriya üzrə raket zərbələrinə hazırlaşmağa çağırıb.
“Rusiya Suriyaya atılan istənilən raketləri vurmağa söz verir. Hazırlaş, Rusiya! Çünki, onlar gələcəklər”, - Tramp qeyd edib.
Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir. Ekspertlər hesab edirlər ki, hazırkı situasiya genişmiqyaslı qarşıdurma ilə nəticələnə bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab
-
Sosial14:56
Xankəndidə erməni öldü: Azərbaycanda dəfn ediləcək?
-
İdman14:05
"Arsenal"ın ulduzu bu gözəllə gizli eşq yaşayır - FOTOLAR
-
Rəsmi xronika13:20
İlham Əliyev bu qanunu təsdiqlədi