İran QARIŞDI: dollar 100 faiz qalxdı, insanlar küçələrə axışdı - VİDEO
Bizi izləyin

Yaxın Şərq

İran QARIŞDI: dollar 100 faiz qalxdı, insanlar küçələrə axışdı - VİDEO

İranda paytaxt Tehran da daxil olmaqla bir çox şəhərdə iqtisadi vəziyyətə etiraz olaraq kütləvi aksiyalar başlayıb.

Publika.az
xəbər verir ki, etirazçılar “Diktatora ölüm” şüarları ilə parlament binasına doğru yürüməyə cəhd ediblər. İran polisi etirazçılara gözyaşardıcı qazla müdaxilə edib. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

İranın milli valyutası riyal devalvasiyaya uğrayıb, nəticədə dollar 4 min tüməndən 7 min 500 tümənə qədər yüksəlib. Məhz bundan sonra etiraz aksiyaları başlayıb.

İranın ali dini liderinin hərbi müşaviri general Yahya Rahim Səfəvi baş verənlərə görə hökuməti və prezidenti Həsən Ruhanini ittiham edib.

O, “hökumət olmasa, ölkə daha rahat şəkildə idarə edilir” deyə qeyd edib.

M

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm