Yaxın Şərq
ABŞ-dan ŞOK ADDIM: Səddam Hüseynin 40 min əsgəri və PKK Türkiyəyə qarşı...
PKK terror təşkilatı İraqda 4-cü böyük düşərgəsini qurmağa hazırlaşır.
Publika.az xəbər verir ki, təşkilat Kandil, Mahmur və Sincar şəhərlərindən sonra İrana qarşı mübarizə aparan “Xalqın Mücahidləri” təşkilatının düşərgəsinə yerləşəcək.
Bu düşərgəni PKK-ya ABŞ bağışlayıb. Düşərgə İraqın sabiq lideri Səddam Hüseyn tərəfindən 1986-cı ildə inşa edilərək “Xalqın Mücahidləri” təşkilatına verilmişdi. Diyala bölgəsində qurulan Əşrəf düşərgəsində əsgərlərə hərbi təlim və siyasi təhsil verilib.
1970-1980-ci illərdə İranda xidmət göstərən 20-dən çox amerikalı əsgəri sui-qəsdlə öldürən təşkilat 1991-cı ildə I Körfəz Müharibəsi və 2003-cü il İraqın işğalı dövründə ABŞ-a qarşı da mübarizə aparıb. Təşkilatın lideri Məryəm Rəcai də İraqın işğalına dəstək verən Peşmərgə və PKK-ya qarşı mərhəmətsiz olmaları üçün əsgərlərinə əmr verib. ABŞ Xüsusi Qüvvələri 2013-cü ildə düşərgəyə hərbi əməliyyat təşkil edib. Həmin vaxt düşərgədə 6 min hərbçi, 20 tank və minlərlə silah-sursat olub. Əsgərlər ABŞ ilə razılaşaraq silahlarını təslim edib və silahlı fəaliyyət dövrünə son qoyduqlarını açıqlayıb. 2013-cü ildən sonra düşərgə ABŞ-ın nəzarətinə keçib. Bu il isə düşərgənin ətrafnda olan Haşdi Şabi birlikləri bölgədən uzaqlaşdırılıb. Sözügedən düşərgədə vaxtilə 40 min “Xalqın Mücahidləri” üzvünə təlim keçilib.
İndi isə ABŞ buraya PKK-nı yerləşdirəcək. Məlumata görə, PKK burada məskunlaşandan sonra İraqın içərilərinə doğru yayılacaq. Beləcə, ABŞ PKK-nı Türkiyənin hərbi əməliyyatlarından qoruyacaq. Terrorçuların Suriyadan İrana köçürülməsində düşərgə ana qərargah rolunu oynayacaq.
Zümrüd
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız







.jpg)















.jpg)














