Yaxın Şərq
Türkiyə ordusundan daha bir İNANILMAZ UĞUR: dünya ictimaiyyəti heyran qaldı
İraqın şimalında PKK terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinə qarşı təxribat həyata keçirib.
Publika.az xəbər verir ki, TSQ-nın hərbi bazasına daş və müxtəlif zərərverici əşyalarla hücum edilib. Çoxu 14-15 yaşında olan təxribatçılar türk ordusunun onlara atəş açmasını və “türk əsgərlər kürdlərə hücum edir” təəssüratını yaratmaq üçün bu yola əl atıblar.
Lakin onların məqsədləri həyata keçməyib. Türk ordusu təhrik olmayıb və həyati təhlükələrə rəğmən, xalqa atəş açmayıb. Yeniyetmələrin və qadınların arxasına sığınaraq TSQ-yə hücum edən PKK-nın planı da beləcə baş tutmayıb. Çünki hücumdan xəbər tutan Türkiyəyə aid qırıcılar havaya qalxıb. Onlar alçaq mövqedən uçaraq təxribatçı kütləni parçalamağa nail olub. Peşmərgə qüvvələri də qısa müddətdə hadisə yerinə gələrək müdaxilə edib. Təxribatı hazırlayan terrorçular və dəstəkçiləri həbs edilib.
PKK-nın təxribatı törətməkdə məqsədi olay yerindəki kameralar vasitəsilə beynəlxalq ictimaiyyətə türk ordusunun dinc sakinlərə güllə atmasını göstərmək olub. İraq və Suriyada türk ordusunun uğur qazanmasını həzm edə bilməyən PKK kürd xalqı ilə Türkiyə əsgərlərini düşmən etmək məqsədinə çata bilməyib.
Təxribatın yenidən hazırlanması ehtimal edilir.
İraq Kürd Muxtar Vilayətinin baş naziri Nəçirvan Bərzani bu hücumdan sonra PKK-ya qarşı sərt ifadələr işlədib. O bildirib ki, PKK kürdlərin torpaqlarından istifadə edərək qonşularına hücum edir.
Zümrüd
-
İdman20:24
Messinin Bakıda imzaladığı topu elə qiymətə satırlar ki... - FOTO
-
Magazin219:48
“Sabah ölmək istəyirəm”
-
Sosial19:36
Əhalinin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
-
İdman19:00
"Real Madrid"dən Mbappenin vəziyyəti ilə bağlı AÇIQLAMA - 10 gün vaxt lazımdır ki...
-
MDB18:24
Yetkinlik yaşına çatmayan qız bu ölkənin ən gənc ÇOXUŞAQLI ANASI OLDU
-
Dünya17:42
Trampın oğlu Zelenskini yenə ƏLƏ SALDI - VİDEO
-
Sosial17:19
Əhaliyə xəbərdarlıq: dekabrın 13-də...
-
Sosial16:27
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ