İran ABŞ-a MEYDAN OXUDU: Yox olacaq
Bizi izləyin

Yaxın Şərq

İran ABŞ-a MEYDAN OXUDU: Yox olacaq

“ABŞ-a aid PUA-nı vurmaq açıq mesajdır”.

Publika.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələri İnqilab Keşikçiləri Korpusunun komandiri Hüseyn Selami deyib.

General bildirib ki, bu, İranın düşmənlərinə açıq ismarışdır: “İnqilab Keşikçilərinin Aviasiya-Kosmos Qüvvələri bu səhər sərhədlərimizi pozaraq milli təhlükəsizliyimizə qəsd edən casus təyyarəsini vurdu. Sərhədlər bizim qırmızı xəttimizdir. Onu keçən geri qayıtmayacaq və yox olacaq. Bizim heç bir ölkə ilə savaşmaq niyyətimiz yoxdur, amma müharibəyə hazırıq”.

Qeyd edək ki, İran Silahlı Qüvvələri İnqilab Keşikçiləri Korpusu rəsmi internet saytında ABŞ ordusunun “RQ-4 Global Hawk” tipli pilotsuz uçuş aparatını Oman körfəzinin hava məkanında vurduğunu açıqlamışdı.

ABŞ Hava Qüvvələrinin ən yaxşı PUA sistemlərindən olan “RQ-4 Global Hawk” kəşfiyyat təyyarəsi “Northrop Grumman” şirkəti tərəfindən istehsal olunub. PUA-nın 24 saat havada qalmaq potensialı var. 16 km hündürlükdən uçaraq kəşfiyyat işi apara bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm