İsrail kəşfiyyatının rəhbəri istefaya getdi - Nə baş verir?
Bizi izləyin

Yaxın Şərq

İsrail kəşfiyyatının rəhbəri istefaya getdi - Nə baş verir?

İsrail Müdafiə Qüvvələrinin (IDF) Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Aharon Haliva istefa verib.

Publika.az xəbər verir ki, bu barədə IDF Telegram-da məlumat yayıb.

“Baş Qərargah rəisinin qərarına və müdafiə nazirinin təsdiqinə əsasən, general-mayor Aharon Halivanın varisi təyin olunan kimi vəzifəsini tərk edərək İsrail Müdafiə Qüvvələrindən istefaya göndərilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.

General Haliva istefa məktubunda oktyabrın 7-də baş vermiş hadisələrə görə məsuliyyəti öz üzərinə götürdüyünü və bununla əlaqədar olaraq İsrail kəşfiyyatının rəhbəri vəzifəsindən istefa verdiyini qeyd edib. O, İDF Kəşfiyyat İdarəsinin əməkdaşlarının yüksək peşəkarlığını vurğulayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm