Ölkə ŞOKDA: 120 ölü, 4 mindən çox yaralı
Bizi izləyin

Yaxın Şərq

Ölkə ŞOKDA: 120 ölü, 4 mindən çox yaralı

Dünən və bu gün İraqda baş verən iğtişaşlarda 15 nəfər həlak olub.

Publika.az xəbər verir ki, oktyabrın 1-dən bu günə kimi İraqda polislə etirazçılar arasında baş verən qarşıdurmada ölənlərin sayı 120 nəfərə çatıb. Yaralananların sayı isə 4 mini ötüb və onlardan bir çoxunun vəziyyəti ağırdır.

***

16:20

İraqda oktyabrın 1-dən davam edən xalq etirazları nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə yerli informasiya kanalları məlumat yayıb. Kütləvi iğtişaşlarda yaralananların sayı artıq 1400-ü keçib.

Bildirilir ki, kütləvi nümayişlərin iğtişaşa çevrilməsi halları əsasən Bağdad, əl-Divaniyə və əl-Nasiriyə şəhərlərində qeydə alınıb. Etirazçılar hökümət obyektlərinə hücum ediblər və məmurları qətlə yetiriblər. Ölənlər arasında 13 aksiya iştirakçısı var. Ölənlərin sayının daha da artacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm