ABŞ öz bazasını bombaladı
Bizi izləyin

Yaxın Şərq

ABŞ öz bazasını bombaladı

ABŞ Suriyanın Haseke şəhərindəki hərbi hava bazalarını və təyyarə eniş zolağını məhv edib.

Publika.az xəbər verir ki, bu barədə SANA agentliyi informasiya yayıb.

Məlumata görə, ABŞ başqa qüvvələr tərəfindən istifadə edilməsindən qorxduğu üçün həmin yeri bombardman edib. Bundan başqa, Əbdüləziz dağındakı bir radar bazası da bombalanıb.

Qeyd edək ki, ABŞ-ın liderlik etdiyi beynəlxalq koalisiya qüvvələri Türkiyənin “Sülh çeşməsi” hərəkatı çərçivəsində bölgəni tərk edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm