Yaxın Şərq
Lideri öldürülən İŞİD-in hansı planları var? - Ekspertdən QORXUNC İDDİA
Suriyada İŞİD terror təşklatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi bu gün gündəmdəki əsas xəbər oldu. Amma bundan sonra terror təşkilatının necə hərəkət edəcəyi, təşkilatın “yatan hücrələr”inin hərəkətə keçib-keçməyəcəyi ekspertləri düşündürən suallardır.
Publika.az xəbər verir ki, terror və təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Abdullah Ağarın sözlərinə görə, İŞİD liderinin aradan götürülməsi iki fərqli istiqamətdə populist dalğaya səbəb olacaq.
“Lideri öldürülən təşkilat və onu öldürən tərəf sözügedən əməliyyatlın populist təsirlərindən yararlanacaq. Lideri öldürülən terror təşkilatları bitmədiyini və var olduqlarını nümayiş etdirməyə çalışırlar. İŞİD-in də qısa müddət ərzində belə bir effekt verəcəyi ehtimal olunur”, - Abdullah Ağar deyib.
Digər tərəfdən, onun sözlərinə görə, Bağdadinin aradan götürülməsindən 2020-ci il prezident seçkiləri öncəsi ABŞ Prezidenti Donald Tramp da yararlanmağa çalışacaq.
İŞİD-ə yerlərdə hələ də müəyyən dəstəyin olduğunu deyən ekspert təşkilat liderlərinin öldürülməsinin kifayət etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Tramp ötən gecə İŞİD liderinin xüsusi təyinatlıların əməliyyatı nəticəsində öldürüldüyünü təsdiqləyib.
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım