Ölkə ŞOKDA: 250 ölü, 11 min yaralı
Bizi izləyin

Yaxın Şərq

Ölkə ŞOKDA: 250 ölü, 11 min yaralı

İraqda zorakılıq və iğtişaşlarla müşayiət olunan etiraz aksiyalarının davam etdiyi bir ay ərzində azı 250 nəfər həlak olub, 11 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Al-Hadath telekanalı ölkə parlamentinin insan hüquqları üzrə komitəsinə istinadla məlumat yayıb. Komitədən verilən məlumata əsasən, etiraz aksiyaları başladıqdan bəri 2500 iraqlı saxlanılıb ki, onlardan 500-ü hələ də həbsdədir.

Oktyabrın 30-da insan hüquqları üzrə Ali Komissiya təkcə ötən həftə ölkədə 100 nəfərin həlak olduğu barədə məlumat yayıb. Bununla yanaşı, ordunun operativ qərargahı güc strukturlarının ölüm halları ilə əlaqəsini inkar edərək, Bağdadın bəzi rayonlarında etirazçılara hücum etməkdə şübhəli bilinən cinayətkar qrup üzvlərinin saxlanıldığını bildirib.

Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib. Bağdadda və ölkənin bir sıra rayonlarında komendant saatı rejimi tətbiq olunub.

İraqda fəaliyyət göstərən heç bir partiya və siyasi lider etirazların arxasında durduğu barədə bəyanatlar verməyib. BMT-nin insan hüquqları üzrə Ali komissarı dinc nümayişçilərin həlak olması ilə bağlı açıq təhqiqata başlamağı tələb edib (Azərtac).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm