İran qəzaya uğrayan təyyarə ilə bağlı hesabat təqdim edəcək
Bizi izləyin

Yaxın Şərq

İran qəzaya uğrayan təyyarə ilə bağlı hesabat təqdim edəcək

Bu gün İranın araşdırma komitəsi Tehranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi ilə bağlı hesabat təqdim edəcək.

Publika.az xəbər verir ki, mətbuat konfransında komitə üzvləri laynerin qəzaya uğramasının səbəblərini açıqlayacaq. Konfransa xarici ekspertlər də qatılacaq.

Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə uçan layner havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə göyərtədə olan 176 nəfər həyatını itirib. İran hadisənin texniki nasazlıq səbəbiylə baş verdiyini irəli sürüb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm