Türkiyə ordusu hərəkətə keçdi - Terrorçular məhv edildi
Bizi izləyin

Yaxın Şərq

Türkiyə ordusu hərəkətə keçdi - Terrorçular məhv edildi

Türkiyənin xüsusi təyinatlı qüvvələri PKK-nın Suriya qolu YPG-nin dörd terrorçusunu zərərsizləşdiriblər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, terrorçular Suriyanın şimal-qərbində "Zeytun budağı" əməliyyatının keçirilməsi zonasına atəş açıblar. Onlar cavab zərbəsi ilə məhv edilib.

"Türkiyə Silahlı Qüvvələri regionda sülhün və əmin-amanlığın təminatçısıdır. Regionda əməliyyatlar davam etdiriləcək", - müdafiə idarəsinin xəbərində deyilir.

Qeyd edək ki, PKK terrorçuları Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün qanlı terror aktları təşkil ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm