İsrail dünyada ilk dəfə xəz satışını qadağan etdi
Bizi izləyin

Yaxın Şərq

İsrail dünyada ilk dəfə xəz satışını qadağan etdi

İsrail dünyada dəb sənayesində xəzin satışını qadağan edən ilk ölkə olub.

Publika.az əbər verir ki, bu barədə "The Jerusalem Post" yazıb.

"Xəz sənayesi dünyada yüz milyonlarla heyvanın həlak olmasına səbəb olur", - İsrailin ətraf mühitin mühafizəsi naziri Gila Qamliel bildirib.

Nazir bununla bağlı qanunvericiliyə müvafiq düzəlişləri imzalayıb, dəyişikliklər yarım il sonra qüvvəyə minəcək. Onun sözlərinə görə, heyvanların dərisindən və xəzindən dəb naminə istifadə mənəviyyatsızlıq və lüzumsuzdur.

Qila Qamliel bildirib ki, yeni qaydalar İsrail bazarını ətraf mühit və heyvanlar üçün daha təhlükəsiz edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm