Yaxın Şərq
Müharibə üzündən 9 milyondan çox miqrant Misirə SIĞINDI
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) hesabatında bildirilib ki, Misirdə 9 milyon miqrant məskunlaşıb. Bu, ölkə əhalisinin 8,7 faizinə bərabərdir.
Publika.az xəbər verir ki, Misirlə qonşu ölkələrdə silahlı münaqişələr və dərin sosial böhran nəticəsində son illər miqrantların sayında böyük artım olub. Belə ki, hazırda Misirdə 4 milyondan artıq sudanlı, 1,5 milyon suriyalı, 1,2 milyon yəmənli və 1 milyona yaxın livanlı məskunlaşıb. Bu ölkədə Afrikanın müxtəlif dövlətlərindən də xeyli sayda miqrant var.
IOM-un hesabatında qeyd olunub ki, başqa dövlətlərdən fərli olaraq, Misir illeqal miqrantlar üçün çadır şəhərcikləri salmayıb. Ölkəyə axın edənlər paytaxt Qahirə da daxil olmaqla, müxtəlif şəhərlərdə məskunlaşıblar. Bundan başqa, müxtəlif vilayətlərdə salınan 70 miqrant kəndinə dövlət tərəfindən yardımlar da ayrılıb.
Lakin Misir hökuməti ötən ildən başlayaraq sosial-iqtisadi vəziyyətlə bağlı miqrant axınının qarşısını almaq istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Parlament tərəfindən qəbul olunmuş yeni qanunlara görə, qonşu Afrika ölkələrindən qanunsuz miqrasiyaya dəstək olan məmurlar, habelə qaçaqmalçılara qarşı ciddi cinayət məsuliyyəti nəzərdə tutulub.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu