Yaxın Şərq
Türkiyə qoşunlarını Suriyadan çıxardır - Moskva görüşünün detalları
Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirlərinin Moskvada keçirilən danışıqlarının detalları bəlli olub.
Publika.az xəbər verir ki, danışıqlarda Suriyanın şimalındakı M4 avtomobil yolu ilə bağlı 2020-ci il sazişinin icrası da müzakirə olunub və Türkiyə qoşunlarının Suriya ərazisindən çıxarılması haqda razılıq əldə edilib.
Bu barədə Suriyanın “Əl-Vətən” qəzeti Dəməşqdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbənin qəzetə verdiyi məlumata görə, Türkiyə qoşunlarının Suriya ərazisindən tamamilə çıxarılması üçün razılıq əldə olunub. Nəşrin məlumatına görə, görüş iştirakçıları Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Türkiyə və Suriya üçün ən böyük təhlükə olduğu da vurğulanıb.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya, Suriya və Türkiyə hərbi idarələrinin rəhbərləri Moskvada üçtərəfli danışıqlar aparıb, Suriya böhranının həlli yollarını müzakirə ediblər.
Nazirlikdən bildirilib ki, görüşdən sonra tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini, Suriyada və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər.
Qeyd edək ki, son 11 ildə Türkiyə və Suriya rəsmiləri ilk dəfə görüşürdülər.
Akqabay
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onlarla aranızda bəzi gərginliklər ola bilər
-
Magazin16 Oktyabr 23:36
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
-
Kriminal6 Oktyabr 23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin16 Oktyabr 22:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU
-
İdman6 Oktyabr 22:36
Azərbaycanın güllə atıcısı dünya çempionu oldu
-
Avropa6 Oktyabr 22:00
Durovun sevgilisi həmin vaxt hamilə imiş, amma... - FOTO
-
Banklar 6 Oktyabr 21:00
Kredit kartları ilə bağlı YENİLİK: verilmə qaydaları sərtləşdirilə bilər - VİDEO
-
Art6 Oktyabr 20:36
Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO