Yaxın Şərq
Netanyahudan ŞOK AÇIQLAMA: Putinlə razılığa gəldik ki...

İsrail Rusiya Federasiyası ilə qarşıdurmanı və Suriyanın hava məkanında iki ölkənin hərbi təyyarələri arasında insidentlərin olmasını istəmir.
Publika.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Fransanın LCI telekanalına müsahibəsində deyib.
“Bizim təyyarələrimiz Suriya səmasında yan-yana uçur. İndiyə qədər hər hansı qarşıdurmadan qaça bilmişik. Biz Rusiya ilə hərbi qarşıdurma istəmirik. Bu, heç kimin maraqlarına xidmət etməyəcək”, - Netanyahu bildirib.
İsrail baş naziri Rusiya prezidenti Vladimir Putinlə razılığa gəldiyini söyləyib:
“Putinlə münasibətlərimizdə biz İsrailin maraqlarına xidmət edən və Rusiyanın milli maraqlarını pozmayan kompromis tapdıq. Ona görə də öz tərəfimizdən hərəkət etmək qərarına gəldik. İran bizi məhv etmək üçün nüvə silahı yaratmaq istəmir, əsas məqsədləri bizi təhlükə altına almadqdır. O zaman bu barədə Putinə dedim ki, “bizim seçimimiz var. Ya qarşıdurmaya gedə bilərik, ya da ümumi dil tapa bilərik. İsrail sərbəst hərəkət edir. Biz sizin Suriyadakı hərəkətlərinizə qarışmırıq, siz isə bizi rahat buraxırsınız”. Biz qərara gəldik ki, bir-birimizi tək buraxaq”.
Netanyahu bildirib ki, ölkə öz milli maraqlarına uyğun olaraq Ukraynaya silah tədarükü məsələsini öyrənir: “Silahlanma məsələsi əvvəlki hökumət tərəfindən təhlil edilib və istisna edilib. Mən bu sualı öyrənəcəyəm və ona ən yaxşı şəkildə cavab verəcəyəm. Biz Ukraynanın tərəfindəyik. Biz bu məsələni milli maraqlarımıza uyğun olaraq öyrənirik”.
Akqabay

-
Hadisə21:42
Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə21:26
Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI
-
Art21:00
Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yaydı
-
Hadisə20:42
Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: "Travmatologiyadayam"
-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO