Hadisə
10 əsgərə təcavüz edən polkovnikə 38 il həbs verildi
Əsgərlərə cinsi təcavüz etdiyi iddiası ilə mühakimə olunan keçmiş Sakarya Qarnizonunun komandiri, polkovnik Fahri Can Çağlar sonuncu dəfə hakim qarşısına çıxıb.
Publika.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin 5 ayrı cinayətə görə ümumilikdə 38 il 7 ay 106 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Xidməti zamanı tabeliyində olan əsgərlərə cinsi təcavüz etdiyi iddia edilən polkovnik Fahri Can Çağlar həbs edilib. İttiham tərəfi Çağların “Cinsi qısnama cəhdi” və “Seksual qısnama” cinayətlərinə görə cəzalandırılmasına dair rəyini təqdim edib.
Şübhəli Sakarya 4-cü Ağır Cinayətlər Məhkəməsində sonuncu dəfə hakim qarşısına çıxıb. İclasda təqsirləndirilən şəxs və tərəfin vəkilləri iştirak ediblər.
Təqsirləndirilən şəxs əvvəlki müdafiə çıxışlarını təkrarlayaraq azadlığa buraxılmasını və bəraət hökmünün çıxarılmasını istəyib.
Aysel Şahmar
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz
-
Dünya04:44Suyun altında dava düşdü - VİDEO
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi

























.jpg)









.jpg)

