Yaxın Şərq
Liviyada təbii fəlakət qurbanlarının sayı 11 300-ə çatdı

Liviyanın sahilyanı Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 11 300-ə çatıb.
Publika.az “Arab News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Qızıl Ay Cəmiyyəti məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.
Fəlakətlə əlaqədar Türkiyə Liviyaya yardım göndərdiyini açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.

-
Nida Xəbər 11:48
Ermənistan piyadadır, əsas problem İrandır: Türklər döyüşdən qaçmır, sadəcə...
-
Nida Təhlil 11:04
Rusiyadan Ermənistana Lars şapalağı - TƏFƏRRÜAT
-
Rəsmi xronika10:30
"Ermənistan nə bu gün, nə də gələcəkdə..." - Prezident
-
Hadisə09:38
Bakıda mebel salonu YANDI
-
Hadisə09:21
Şəhid ailəsinin evini soyan şəxs saxlanıldı - FOTO
-
Elm və təhsil09:06
Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor TƏYİN EDİLDİ
-
Səhiyyə08:15
Bu xəstəliyin yayılma riski yüksəkdir - ÜST
-
Ekologiya07:15
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ