Bu sosial şəbəkələrdə HƏMAS-ın izləyiciləri kəskin artdı
Bizi izləyin

Yaxın Şərq

Bu sosial şəbəkələrdə HƏMAS-ın izləyiciləri kəskin artdı

HƏMAS-ın sosial şəbəkələrdə izləyiciləri kəskin artıb.

Publika.az xəbər verir ki, oktyabrın 7-də İsrailə qarşı terror hücumundan sonra HƏMAS-ın populyar mesajlaşma proqramında izləyiciləri çoxalıb.

Qeyd edilir ki, HƏMAS-ın silahlı qanadı olan Əl-Qəssam Briqadalarına aid bir hesabın ölçüsü üç dəfə, həmin hesabda yerləşdirilən videolara və digər məzmunlara baxış sayı on dəfə artıb.

Məlumat üçün xatırladaq ki, HƏMAS ABŞ-da xarici terror təşkilatı kimi tanınır və Avropa Birliyində yeni internet qanunları əsas sosial media platformalarının terror məzmunlu paylaşımlara görə cərimələrlə üzləşə biləcəyini bildirir.

Meta və Google HƏMAS hesablarını qadağan edir. Telegram isə öz xidmətindən istifadəyə icazə vermək qərarına gəlib.

Əvvəllər "Twitter" kimi tanınan "X" HƏMAS-a qadağa qoyub və onunla əlaqəli yüzlərlə hesabı silib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm