Bu ölkənin prezidentindən İsrailə ŞOK TƏKLİF: Fələstinliləri səhraya köçürt
Bizi izləyin

Yaxın Şərq

Bu ölkənin prezidentindən İsrailə ŞOK TƏKLİF: Fələstinliləri səhraya köçürt

Misir prezidenti fələstinli qaçqınları səhraya köçürməyi təklif edir.

Publika.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi İsrailin fələstinli qaçqınları Misirin qəbul etməsini istəməkdənsə, onları İsrailin daxilində yerləşən Negev səhrasına köçürə biləcəyini deyib. Bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Əl-Sisi bildirib ki, İsrail Qəzza zolağında hərbi əməliyyatda məqsədlərinə çatana qədər fələstinlilər səhrada məskunlaşdırıla bilər. O, bu barədə Almaniya kansleri Olaf Şoltsun səfəri zamanı jurnalistlərə açıqlama verib.

Prezident həmçinin qeyd edib ki, Misir Sinay yarımadasında fələstinliləri qəbul etməkdən imtina edir. O təklif edib ki, fələstinlilər Misirə köçsələr, bu, İsrailin hərbi əməliyyatının illər boyu uzatmasına səbəb olacaq ki, nəticədə ölkə üçün problemlər yaranacaq və yarımada İsrailə qarşı əməliyyatların bazasına çevriləcək.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm