BMT TŞ-dən gözlənilməz qərar: Qəddafinin xanımına "YAŞIL İŞIQ" YANDIRILDI
Bizi izləyin

Yaxın Şərq

BMT TŞ-dən gözlənilməz qərar: Qəddafinin xanımına "YAŞIL İŞIQ" YANDIRILDI

BMT Təhlükəsizlik Şurası Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin həyat yoldaşının hərəkət azadlığını məhdudlaşdıran qərarı ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının saytında məlumat dərc edilib.

Qeyd edilib ki, onun aktivlərinə qoyulan məhdudiyyət qüvvədə qalır.

Xatırladaq ki, 2011-ci il fevralın 27-də BMT Təhlükəsizlik Şurası yekdilliklə Qəddafinin ailəsinin 16 üzvünə səyahət qadağası tətbiq etmək qərarına gəlib.

2022-ci ildə Qəddafinin həyat yoldaşı Safie, oğlu Məhəmməd və qızı Aişə altı aya qədər səyahət etmək imkanı əldə eediblər.

Qeyd edək ki, Müəmmər və Safie Qəddafi 1970-ci ildə evləniblər. Cütlüyün 6 oğlu və bir qızı olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm