Səfərbərlik başladı: SEPAH cəbhəyə gedir - İran-İsrail müharibəsinə saatlar qaldı
Bizi izləyin

Yaxın Şərq

Səfərbərlik başladı: SEPAH cəbhəyə gedir - İran-İsrail müharibəsinə saatlar qaldı

İsrailin Dəməşqdə İran hərbi konsulluğunun binasına zərbə endirməsindən sonra iki ölkə arasında müharibə gözləntiləri artıb.

Publika.az
xəbər verir ki, İsrail və İranın müharibəyə hazırlaşdığı haqda məlumatlar yayılır.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) İranın İsrailə 48 saat ərzində hücum edəcəyinə dair hesabat yayıldığı bildirilir.

“Voxnews” portalı yazır ki, CİA-nın hesabatında İranın İsrailə ilk zərbəsində yüzlərlə pilotsuz təyyarə və raketdən istifadə edəcəyi qeyd olunub.

“İran ordusu hərbi əməliyyatlara başlamağa hazırlaşır. SEPAH-ın raketləri döyüş mövqelərinə apardığı haqda məlumatlar var”, - portal CİA-nın hesabatına istinadən qeyd edir.

İsrailin “Yediot Ahropnor” xəbər agentliyi də müharibə hazırlığına dair məlumatlar yayıb. Agentliyin məlumatına görə, İsrail Müdafiə Qüvvələri (İDF) İranın hücum təhlükəsinə qarşı müdafiəni gücləndirmək məqsədilə ehtiyatda olan hərbçiləri orduya çağırıb.

Mütəxəssislər hesab edir ki, CİA-nın hesabatında qeyd olunan “48 saat müddəti” azalmaqdadır və hərbi hazırlıqla bağlı hər iki tərəfin addımları haqda yayılan məlumatlar böyük müharibəyə saatlar qaldığı qorxusunu yaradır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm