Yaxın Şərq
İranın hücumundan sonra Netanyahudan İLK AÇIQLAMA: "Mərhəmət göstərmədən..."
"İsrail son illərdə İrandan birbaşa hücum ehtimalına hazırlaşır".
Publika.az xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır.
""Aydın prinsip" müəyyən etmişəm ki, bu da İsrailin “onu vuran hər kəsi vurmasından” ibarətdir. İsrail həmçinin “özünü istənilən təhlükədən qoruyacaq. Bunu soyuqqanlılıqla və qətiyyətlə edəcək. İsrail İranın hücumlarına mərhəmət göstərmədən cavab verməyə hazırdır. Biz ABŞ-ın dəstəyini, eləcə də Böyük Britaniya, Fransa və bir çox digər ölkələrin dəstəyini yüksək qiymətləndiririk", - baş nazir qeyd edib.
Xatırladaq ki, İran pilotsuz uçuş aparatları (PUA) ilə İsrail ərazisinə hücum edib.
Bunun fonunda İsrailin hava məkanı müvəqqəti olaraq bağlanıb. Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri həyəcan vəziyyətinə gətirilib, onlarla təyyarə səmaya qaldırılıb.
Aprelin 13-də ABŞ İranın İsrailə mümkün hücumu barədə xəbərdarlıq edib. Bunun aprelin 14-də səhər saatlarında baş verə biləcəyi bildirilib.
Hüseyn İbadlı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
ABŞ10:52Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”



































.jpg)



