İsrailin 71 illik planı: Görün hədəf nədir - FOTO
Bizi izləyin

Yaxın Şərq

İsrailin 71 illik planı: Görün hədəf nədir - FOTO

Türkiyə Su Siyasəti Dərnəyinin sədri Dursun Yıldız İsrailin məqsədinin arxasında Litani çayına nəzarət edərək su təhlükəsizliyi sahəsini genişləndirmək olduğunu gündəmə gətirib.

Publika.az xəbər verir ki, onun fikrincə, Litani çatyının suları və Colan təpələrindəki ehtiyatlar 1953-cü ildən İsrailin strateji hədəfi olub.

“İlk planı bu ölkə hazırlayıb”

İsrailin hədəfi olduğu iddia edilən Litani suları ilə bağlı ilk plan 1953-cü ildə ABŞ prezidenti Eysenhoverin xüsusi nümayəndəsi Erik Conston tərəfindən hazırlanıb. Conston ərəblərlə İsrail arasında vasitəçilik etmək və resursları bölüşməyi təklif etsə də, razılaşma əldə olunmayıb. İsraillilər Litani çayını planlara daxil etmək üçün heyətə təzyiq edirdilər. Buna baxmayaraq ərəblər israr edirdilər ki, İsrailin İordaniya hövzəsindən su daşımasının qarşısı alınsın. Nümayəndə heyətinin planına görə, İordan çayının sularının 52 faizi İordaniyaya, 36 faizi İsrailə, 9 faizi Suriyaya, 3 faizi Livana məxsus olacaqdı, lakin tərəflər bu planı rəsmən təsdiqləmədi.

O zaman “İsrailin Milli Su Daşıyıcısı Layihəsi” ilə çay sularının hövzədən kənara daşınması səyləri Ərəb Liqasını hərəkətə gətirib. İttifaq çay sularının İsrailə axmasının qarşısını almaq üçün təxribat planına qərar verib. Buna uyğun olaraq çayın mənbələrindən biri olan Hasbani qolu Livanda Litani çayına, Banyas qolu isə Suriyada Yərmuk çayına axıdılacaqdı. 1965-ci il yanvarın 1-də Fələstin Fəthi İsrailin su obyektlərinə hücum edib. 1966-cı ildə İsrail döyüş təyyarələri Banyas-Yarmuk kanalını bombalamışdı.

“Strateji əhəmiyyəti var”

Su Siyasəti Dərnəyinin sədri və keçmiş DSİ müdiri Dursun Yıldız bildirib ki, İsrail illərdir planlaşdırdığı su qaynaqlarına giriş planı üçün hərəkətə keçəcək. İsrailin əsas hədəflərindən biri su qaynaqlarıdır. Belə ki, Livanın cənubu su ehtiyatları baxımından zəngindir. Livanın cənubundan Litani çayı da daxil olmaqla bir çox çay keçir. Bu çaylara nəzarət mühüm strateji xüsusiyyətə malikdir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm