İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
Bizi izləyin

Yaxın Şərq

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İranın İsrailə pilotsuz uçuş aparatlarından (PUA) atəş açmasından sonra ölkənin silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

“Bir müddət əvvəl İran öz ərazisindən İsrailə doğru PUA-lar buraxdı. İsrail Müdafiə Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və vəziyyəti davamlı olaraq izləyir”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail uzun illərdir İrandan mümkün hücuma hazırlaşır və həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm