YAXIN ŞƏRQ ALOVLANIR: ABŞ qırıcıları hazır vəziyyətə gətirdi, bir neçə günlük...
Bizi izləyin

Yaxın Şərq

YAXIN ŞƏRQ ALOVLANIR: ABŞ qırıcıları hazır vəziyyətə gətirdi, bir neçə günlük...

İranın pilotsuz uçuş aparatları (PUA) buraxması fonunda İsrail Tehranla bir neçə günlük qarşıdurmaya hazırlaşmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Mövcud məlumata görə, ölkə qoşunları İranın İsrailə doğru atdığı yüzdən çox pilotsuz uçan aparatı qeydə alıb.

Bundan əvvəl İranın “Handala” haker qrupu İsrailin “Dəmir günbəz” raketdən müdafiə sisteminə uğurlu hücum haqqında məlumat yayıb. Hakerlərin fikrincə, bu, raketdən müdafiə radarlarına ikinci uğurlu hücumdur.

Bu arada ABŞ rəsmiləri İraq və Suriyadakı ABŞ qüvvələrinin İranın pilotsuz təyyarələrini vurmağa hazır olduğunu bildirib. Onlar əlavə ediblər ki, ABŞ qırıcıları İranın gələcək fəaliyyətinə hazır vəziyyətdədir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm