İsrail ordusu şübhəli hədəfi ƏLƏ KEÇİRDİ
Bizi izləyin

Yaxın Şərq

İsrail ordusu şübhəli hədəfi ƏLƏ KEÇİRDİ

İsrail Hərbi Dəniz Qüvvələri ən son "C-Dome" dəniz əsaslı raketdən müdafiə sistemindən istifadə edərək, Qırmızı dənizdən ölkənin hava məkanına daxil olan şübhəli hədəfi uğurla ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail hava məkanına daxil olan şübhəli hədəf bir müddət əvvəl aşkar edilib.

Protokola uyğun olaraq İsraildə həyəcan siqnalları işə salınmayıb. İsrail ordusu vurğulayıb ki, heç kim xəsarət almayıb və dağıntı olmayıb.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran Silahlı Qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atıb. Tehran bunu aprelin 1-də ölkənin Dəməşqdəki konsulluğuna edilən hücuma cavab adlandırıb.

İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Həqari bildirib ki, İran İsrailə 60 ton partlayıcı ilə doldurulmuş 350 müxtəlif hərbi sursat göndərib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm