İbrahim Kalın HƏMAS lideri ilə danışıqlar apardı
Bizi izləyin

Yaxın Şərq

İbrahim Kalın HƏMAS lideri ilə danışıqlar apardı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın ötən gün HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmail Haniyə ilə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı İsraillə atəşkəs danışıqları, Qəzza bölgəsinə humanitar yardımın çatdırılması, əsir və girovların mübadiləsi, qəzzalıların şimala evlərinə qayıtması məsələləri müzakirə edilib.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns MİT rəhbəri İbrahim Kalına zəng edərək İran-İsrail gərginliyi məsələsində vasitəçi olmasını xahiş edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm