Yaxın Şərq
İsrail buna görə İrana dərhal cavab verməyib - Şok detallar
İsrailin baş naziri Benyamin Netanyahu dar kabinet üzvləri Benni Qantz və Qadi Eyzenkotun ABŞ prezidenti Co Baydenin çağırışı ilə əlaqədar İrana dərhal cavab hücumu təklifini dəstəkləməyib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Qantz və Eyzenkotun sözlərinə görə, İsrail nə qədər gözləsə, onun əks-hücum üçün beynəlxalq legitimlik qazanması bir o qədər çətin olacaq.
“Netanyahu Baydenlə telefon danışığını gözləmək istəyirdi. Cavab almaq üçün bir neçə variant var idi, lakin zəng onu dayandırdı. İndi bir nəfəs alıb yenidən düşünə bilərik”, - deyə rəsmilərdən biri bildirib.
Aprelin 14-də Benyamin Netanyahu bəyan edib ki, İsrail İranın hücumunu uğurla dəf edib və gələcəkdə münaqişədə qalib gələcək.
Aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru onlarla pilotsuz təyyarə göndərib və raket atıb. İsrail ordusu hava hücumundan müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.
BMT Yaxın Şərqdə dağıdıcı eskalasiya təhlükəsindən təşvişə düşdüyünü bildirib və münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb.
Bundan əvvəl ABŞ İran hücumlarından sonra Baydenin Netanyahu ilə telefon danışığının təfərrüatlarını açıqlamışdı.
Akqabay
-
Magazin121:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin121:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO
-
Sosial20:48
Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - VİDEO/YENİLƏNDİ
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!